XÖŞBƏXT OLMAĞINIZ ÜÇÜN BAŞQALARI LAZIMDIRMI?? Yoxlayın...
1.Dostlarınız çoxdur?
a-Dost çox ola bilməz (5bal)
b-Hə,çoxdur (10 bal)...
c-Azdır,tanışlarımsa çoxdur (15 bal)
2.Mağazaya kiminlə gedirsiz?
a-Anam və ya ən yaxın rəfiqəmlə(və ya dostumla) (5 bal)
b-Təbiiki tək,mən ancaq öz zövqümə güvənirəm (10 bal)
c-Getməsəm də olar,mənə paltarı vlideynlərim də seçə bilər (15 bal)
3.Asudə vaxtınızda siz.....
a-internetdə otururam (5 bal)
b-təzə paltarlar və ümumi tanışlarımızı müzakirə etməkçün ən yaxın rəfiqəmə və ya dostuma zəng edirəm(10 bal) c-dostrımla birgə kafeyə,restarana və ya əyləncə kompleksinə gedirəm (15 bal)
4.Sevgilinizin sizdən daha qəşəng olduğunu və sizin yaraşmadığınızı eşitsəniz,reaksiyanız necə olar?
a-çox normal,sevinərdim ki mənim belə zövqüm var (5 bal)
b-depresiyaya düşərəm,axı bu doğrudursa mən onu itirə bilərəm (10 bal)
c-bu mümkün deyil,çünki mən özümdən qəşəngini sevə bilmərəm (15 bal)
5.Bu həftə sonunu harada keçirmək istərdiniz?
a-təkcə,hardasa təbiət qoynuna gedib dincələrdim (5 bal)
b-ailəmlə birlikdə,büdcəmizə müvafiq olan bir yerdə (10 bal
c-dostlarımla biryerdə,şəhərdən kənarda(15 bal)
6.Ən yaxın rəfiqənizin(və ya dostunuzun) ailə qurması xəbərini necə qarşılayarsınız?
a-sevinərdim,o buna layiqdi,təcili paltar almaq lazımdı (5 bal)
b-eeee,bu necə olur,onu bəyəndilər,bəs mən????? (10 bal)
c-pulun yox vaxtında bu mene lazım idi??!! (15 bal)
7.Küçədə sizə tanış olmaq məqsədilə yaxınlaşırlarsa,siz.....
a-ona sakitcə qulaq asaramçsonra fikrimi bildirərəm (5 bal)
b-özümü karlığa vuraram (10 bal)
c-hardadı məndə o bəxt?! (15 bal)
8.Qonaqlarınızın gəlişini eşidirsiniz,amma evdə təksiniz....
a-cox sevinərəm,onları böyük məmnuniyyətlə qarşılayaram (5 bal)
b-onlara zəng edib evdə heçkəsin olmadığını bildirərəm (10 bal)
c-təcili olaraq mama(ya papama) zəng edərəm ki, qayıtsınlar evə (15 bal)
9.Sizi məktəbdən(işdən və ya universitetdən) qovmaq istəyirlər,bu xəbəri ilk olaraq kimlə bölüşərsiz?
a- ilk öncə anamla,axı atamı yola gətirməkdə o mənə yardımçı olur (5 bal)
b-atamla,cünki gec-tez o bunu bilməlidi (10 bal)
c-rəfiqəm(və ya dostumla),axı o mənə düzgün yol göstərə bilər (15 bal)
10.İnternet vasitəsilə dost olduğunuz bir insana sirrlərinizi etibar edersiniz?
a-hə edərəm,əgər o özünü doğruldubsa,,, (5 bal)
b-yox etmərəm,axı onu heç görməmişəm (10 bal)
c-baxır kimə (15 bal)
Beləcə,indi isə topladığınız xala uyğun olaraq görün sizə xöşbəxt olmaqçün kimsə lazımdırmı?
50- 80 bal-Xöşbəxt olmağınızçün sizə özünüzdən başqa heç kəs lazım deyil.Tənha qalmaq və ondan zövq almağı bacarmaq faydalıdır.Bu sizə özünüzə qulaq asmaq,nəyin çatışmadığını,nəyə can atmaq və nədən yaxa qurtarmaq lazım olduğunu başa düşmək imkanını verir
80 -120 bal- Xoşbəxtliyinizin düsturu bir-birilə səmimi olaraq maraqlanan insanlardır.Sevdiyiniz insana özünü bütünlüklə həsr etməkdə pis heçnə yoxdur.Amma həyatınızdakı stabilliyi pozun,daim yeni tanışlar qazanmağa çalışın
120-150 bal- insanlarla ünsiyyətə girmək sizinçün çox vacibdir.Yalnız çoxlu tanışlar şəbəkəsi formlaşdırmaq və saxlamaqla özünüzü rahat hiss edəcəksiniz.Amma unutmayın ki,ünsiyyətdə kəmiyyətlə yanaşı keyfiyyət də vacibdir..uzunmüddətli və dərin əlaqə qurmağa çalışın
Tarix: 24.11.2014 / 11:32 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Psixoloji Testler