1. Hansı idman növündən xoşunuz gəlir?
a) Futbol-3
b) Suya tullanma-2
c) Qaydasız döyüş-1
2. Ən çox sevdiyiniz film?
a) Nəsimi-1
b) Görüş-2
c) Uşaqlığın son gecəsi-3
3. “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” atalar sözünə münasibətiniz necədir?
a) Çox yaxşı-3
b) Cavab verə bilmirəm-2
c) Bu kəlamı qəbul etmirəm-1
4. İntihar etmək sizin üçün nə deməkdir?
a) Ən böyük günah-3
b) Cavab verə bilmirəm-2
c) Psixi xəstəliyin nəticəsi-1
5. Siz həmişə ehtiyatlı olmağı bacarırsınız?
a) Xeyr-2
b) Bəli-1
c) Şəraitdən asılı olur-3
6. Təsəvvür edin ki, yanınızda insan ölür. İlk növbədə nə edərsiniz?
a) Çığırıb otaqdan qaçaram-2
b) Köməyə adam çağıraram-3
c) Ona kömək etməyə çalışaram-1
7. Siz qəbiristanlıqdan qorxursunuzmu?
a) Bəli-2
b) Xeyr-1
c) Yalnız gecələr-3
7 sual var-hər cavab variantının qarşısında rəqəmlər var. Hər cavabınızdakı rəqəmləri toplayın.
NƏTİCƏ
16 xal və ondan yuxarı:
Sizin ölümə münasibətiniz qənaətbəxşdir. Təbii olaraq, bütün insanlar kimi ölümdən qorxursunuz. Ölümlə bağlı ictimai və elmi biliklərlə də maraqlanırsınız. Yas mərasimlərinə, ölümlə bağlı dini adət-ənənələrə hörmətlə yanaşırsınız. Bu da sizin yaşamaq və fəaliyyət mübarizənizin sağlam olduğunu sübuta yetirir.
11-15 xallar:
Sizin ölümə münasibətiniz normal deyil. Siz ölümdən və ölüm mərasimlərindən həddən çox qorxursunuz. Elə bilirsiniz ki, ölüm təkcə sizin üçündür və o tezliklə sizi haqlaya bilər. Ona görə də tez-tez bu barədə düşünərək özünüzü lazım olduğundan çöx narahat edirsiniz. Özünüzü ələ alın, təbii proseslərə tabe olun.
10 xal və ondan aşağı:
Sizin ölümə və həyata münasibətləriniz çox qəribədir. Demək olar ki, ümumiyyətlə, sizi ölüm maraqlandırmır. Adama elə gəlir ki, siz nə vaxtsa öləcəyinizi belə unutmusunuz. Düzdür, yas mərasimlərində daim iştirak edirsiniz, lakin sizi daha çox şən və maraqlı yaşamaq maraqlandırır. Hər halda, ölüm haqqında da hərdən düşünün
Tarix: 08.08.2012 / 03:32 Müəllif: [Ram] Baxılıb: 3263 Bölmə: Psixoloji Testler