Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ailədaxili münasibətləriniz hansı səviyyədədir?

"Ailə kiçik cəmiyyətdir", - deyirlər. Aydındır ki, hər bir şəxsin həyatda tutduğu yeri və rolu, onun karyerası, həmçinin uğur və müvəffəqiyyətləri birbaşa ailədaxili münasibətlərindən asılıdır. Gözəl və sağlam ailə, səmimi ailədaxili münasibətlər, bəlkə də, elə həyatda ən gözəl nemətdir. Bəs sizin ailədaxili münasibətləriniz hansı səviyyədədir?

1. Sizə həyat yoldaşınızla istənilən problemi, yaxud məqamı müzakirə etmək çətindir?
Bəli;
Xeyr.

2. Ailədə münaqişələrlə tez-tez rastlaşırsınız?
Bəli;
Xeyr.

3. Çox zaman işdən evə gəlmək həvəsində olmursunuz?
Bəli;
Xeyr.

4. Ailədə maliyyə məsələləri ilə bağlı tez-tez mübahisə etməli olursunuz?
Bəli;
Xeyr.

5. Adətən, həyat yoldaşınızı qısqanırsınız?
Bəli;
Xeyr.

6. Necə bilirsiniz, nikahınız karyeranıza və ya ictimai fəaliyyətinizə mane olur?
Bəli;
Xeyr.

7. Sizdə mədaxil və məxaricinizi həyat yoldaşınızdan gizlətmək vərdişi yaranıb?
Bəli;
Xeyr.

8. Siz əminsiniz ki, bir-birinizə qarşı mənəvi-psixoloji uyuşmanız yüksək səviyyədə deyil?
Bəli;
Xeyr.

9. Həyat yoldaşınızın son vaxtlar sizdən soyumasını hiss etmisiniz?
Bəli;
Xeyr.

10. Elə fikirləşirsiniz ki, ailə münasibətləriniz düyünə duşüb?
Bəli;
Xeyr.

11. Sizə elə gəlir ki, məhz siz ailə münasibətlərinin möhkəmliyinə daha artıq can qoyursunuz, nəinki o?
Bəli;
Xeyr.

12. Olubmu ki, hərdən məşuqə (məşuq) axtarışlarına cəhd edəsiniz?
Bəli;
Xeyr.

Testin qiymətləndirilməsi:
- Əgər cavablarınızın əksəriyyəti "xeyr" oldusa, sizi yalnız təbrik etmək qalır. Siz hələ ki, ailə həyatı adlanan "coşqun çayın sualtı daşları" ilə üzləşməkdən böyük uğur və xoşbəxtliklə yayınmağı bacarırsınız.
- Əgər verilən suallara olan cavabların əksəriyyətini "bəli" təşkil etdisə, onda sizin ailədaxili münasibətləriniz heç də yaxşı səviyyədə deyil. Bu haqda ciddi olaraq düşünməli, əsaslı götür-qoy etməlisiniz. Ən əsası isə, bunu dəyişməyə çalışmalısınız.
Hər birinizə xoşbəxtlik, uğur və ülvi məhəbbət arzulayırıq!


Tarix: 03.06.2013 / 23:02 Müəllif: Sirin_Cadim Baxılıb: 942 Bölmə: Psixoloji Testler
loading...