Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımlar Shoppingi sevirsiz ? [Test]

1. Qadın jurnallarında geyim reklamlarına diqqətlə baxırsınız?

A.incəliyinə qədər
B. gözucu
C. baxmadan keçirəm

2. Qarderobunuzu yeniləmək üçün tez-tez borc pul götürürsünüz?

A. mütəmadi olaraq
B. bəzən
C. heç zaman

3. Mağazaya ərzaq dalınca gedəndə soyuducunuzun içinə nəzər salırsınız?

A. niyə? Ərzaq heç zaman artıq olmur
B .bəzən, ilk növbədə nəyi almaq lazım olduğunu unudanda
C. mütləq, soyuducu ağzına qədər dolu olanda xoşum gəlmir

4. Mağazanın qarşısından keçəndə vitrinlərə baxırsınız?

A. əlbəttə, paltarların çoxu manikenin üzərində daha gözəl görünür
B. ancaq mağazaya girmək istəyəndə
C. xeyr, buna ehtiyac yoxdur

5. Neçə müddətdir mobil telefondan istifadə edirsiniz?

A. bir ildən azdır
B. bir-iki il arası
C. iki ildən çoxdur

6. Aldığınız paltarlar barədə rəfiqənizlə danışırsınız?

A. bəli, bu bizim ümumi məşğuliyyətimizdir
B .bəzən, o, yeni paltarımı görəndə
C .xeyr, müzakirə üçün daha maraqlı mövzularımız var

7. Uniforma və dress-koda münasibətiniz?

A. onlar geyim seçimində məhdudiyyət yaradır
B. yalnız qadın kollektivi içində normal
C. son dərəcə müsbət

8. Sevdiyiniz serial reklam fasiləsilə kəsiləndə nə edirsiniz?

A. diqqətlə baxıram, bəlkə önəmli nə isə gördüm
B. çay içirəm
C. başqa kanala çevirirəm

Nəticələri hesablayaq:

Hər “A” cavabına 3,“B” cavabına 2,“C” cavabına isə 1 xal verin.

20-24 xal: Siz artıq fikirləşmədən əlinizi pulqabınıza aparan şopaqoliksiniz. Bunun qarşısını almaq üçün nağd pulunuzu yanınızda deyil, evdə saxlayın, ya da etibar etdiyiniz bir dostunuza verin.

15-19 xal: Həyəcan təbili! Sizdə şopinqomaniyanın ilkin dərəcəsidir, onu dayandırmaq öz əlinizdədir. Büdcənizə ziyan vurmayacaq məbləğdə pulu həftə ərzində rahat xərcləyin. Və bu həddən kənara çıxmayın.

8-14 xal: Sizin üçün alış-veriş xoş yox, vacib məsələdir. Lap yaxşı, amma burada başqa məsələ var: özünüzə qarşı simic olmayın. Dəblə ayaqlaşan rəfiqənizə baxın, arabir onunla bərabər mağazalara gedin.


Tarix: 13.05.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Psixoloji Testler
loading...