Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ehtiras və öpüşün zirvəsi (18+)

Görmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır?
Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar.
Dolu, toppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar - nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar.



Nazik dodaqlı qadınlar isə nadir hallarda hansısa kişiyə uzun müddət sədaqət göstərirlər. Onlar cinsi münasibətlərdə əlvanlığı, yeniliyi sevirlər, bununla belə bu qadınların şəkkak xarakteri onlara gündə biri ilə tanış olmağa yol vermir. Onlar yad adamları yaxın buraxmır, küçə tanışlığını qəti rədd edirlər.
Qalın üst və nazik alt dodağı olan qadınlar bir qayda olaraq seksual, ehtiraslı tərəf-müqabilə ehtiyac duyur, coşğun hisslərə meyl göstərirlər (üst dodağın klitorla əlaqəsini yada salın).
Əgər ağzın qıraqlan yuxarıya meyllidirsə, deməli qarşınızdakı adam həmişə və hamının xoşuna gəlməyi sevir. Lakin ciddi vəziyyətlərdə özünü itirir, inamsız hərəkət edir. Əgər dodaqların ucları aşağıya meyllidirsə, çox güman bu, ciddi və tələbkar şəxsiyyətdir



Əgər siz diqqətcil adamsınızsa, öpüş tərzinin özü də sizə çox şey deyə bilər. Qadın 'quru' öpüş hiss edərsə - deməli kişi öz hisslərini biruzə verməyi xoşlamır, lakin o, etibarlı tərəf-müqabildir. Tələbkar və qətiyyətli öpüş o deməkdir ki, qadın hökmlü, rəyasətpərəst kişiylə üzləşib. Ehtiras və coşğunluqla öpüşən və öpüş texnikasını tez-tez dəyişən kişi çox güman qeyri-ciddi, dəmdəməki adamdır, onunla ülfət bağlamağa dəyməz.


Kişi diqqətinin sonrakı obyekti qadın döşləridir. Qadınlar bunu bildiklərinə görə müxtəlif fəndlərin köməyilə döşlərini böyük göstərməyə (əgər döşləri balacadırsa), on­lara xüsusi forma verməyə ('gözçıxaran' dik döşlər) çalı­şırlar. Son illər qadınlar süni silikon döşlərdən istifadə etməyə başlamışlar. Cərrahiyyə yolu ilə böyüdülən saxta döşlərin qadının sağlamlığına mənfi təsiri bir yana, mineral gübrədən şişmiş zəhərli qarpıza oxşayan bu cür döşlər ək­sər kişilərdə ikrah hissi oyadır, onları potensiyadan salır. Lakin elə üsullar da var ki, cinsi əlaqə zamanı döşlərin şiş­məsinə kömək edir və adətən bu, kişilərin təxəyyülünə güclü təsir göstərərək, onları vəcdə gətirir.



Seksual 'yastıqcalardan' bədənin digər hissələrində də istifadə olunur: kişi və qadın pencəklərində saxta çiyinləri, yancaqları böyük göstərən qadın 'yastiqca'larını xatırlamaq kifayətdir. Normal yerişi təhrif edən qadın dikdabanları qadının hərəkəti zamanı sağrı sahəsində yırğalanma dərəcəsini artırır ki, bu da kişiləri vəcdə gətirir. Bəzən məsələ absurd xarakter alır: bədənin ayrı-ayrı hissələrini dəb xatirinə deformasiya edir, eybəcər hala salırlar. Məsələn, köhnə zamanlarda Çində qızların ayaqlarını qəsdən deformasiya edirdilər və at dırnağına oxşayan bu cür qadın ayaqları kişilər arasında kamilliyin zirvəsi sayılır­dı. Bu zavallılar yeriyəndə müvazinəti saxlamaq, yıxılmamaq üçün əllərini yellədir, o yana-bu yan yırğalanırdılar. Məhz elə bu yırğalanma çin kişilərində heyranlıq doğurur, onları vəcdə gətirirdi. Bu, onlara zanbaqların incə yellən­məsini xatırladırdı və o cür ayaqlar 'qızıl zanbaq' adlanırdı.


İnsan öz gəncliyində çılpaq halda güzgüdə özünə tamaşa etməyi sevir. Bu onu vəcdə gətirir, istər-istəməz onun seksual fantaziyalarına qol-qanad verir. O öz çılpaq bədənini seyr edərkən, sevgilisini gözləri qarşısına gətirir, yaxud başqa erotik mənzərələri xəyalında canlandırır. Məsələn, qadınlardan biri bu barədə belə yazır: 'Mən güzgüdə öz çılpaq döşlərimə tamaşa edəndə, bərk vəcdə gəlirəm, döş gilələrim bərkiyir, döşlərim dikəlir'. Öz bədənindən həzz almaqla yanaşı bu cür hisslərə qapılmaq psixikanın kiçik anomaliyalarına dəlalət edir. Bu, autoerotizm, yaxud narsisizm (özü-özünə məftunluq) adlanır.


Görmə, baxma zəminində daha bir psixi anomaliya mövcuddur. 'Vizionizm' adlanan bu xəstəliyin spesifik cəhəti ondan ibarətdir ki, cinsi oyanma və təmin olunma çılpaq bədənin və ya cinsi aktın seyri vasitəsilə əldə edilir. Bu cür adamlar erotik jurnallara, fotoşəkillərə və təsvirlərə, ələlxüsus pornofilmlərə tamaşa etməyi çox sevirlər. Onların ən çox sevimli məşğuliyyəti isə deşikdən tualetə, yaxud hamamın hansısa pəncərəsindən içəri baxmaq, parkların adamsız yerlərində, nəsə bir seksual məqam görmək ümi­diylə sevgililəri güdməkdir. Əksər hallarda bu, yeniyetməlik, erkən cavanlıq çağlarında qabarıq üzə çıxır və cinsi həyatabaşladıqdan sonra keçib gedir. Lakin keçib getməyə də bilər,bu halda mütləq psixiatra, yaxud müvafiq müalicəxanaya müraciət etmək lazımdır.
Erotik obyektlərin seyrindən vəcdəgəlmə bir çox hal­larda əhvali-ruhiyyədən asılı olur. Bu, ilk növbədə qadınlara aiddir. Bu gün onu hansısa erotik rəsm cuşa gətirə bilər, ertəsi gün isə elə həmin şəkil ona darıxdırıcı və hətta iyrənc görünər. Kişini qadının alt paltarları vəcdə gətirə bilər və s.


Tarix: 31.03.2015 / 18:26 Müəllif: Aziza Baxılıb: 265 Bölmə: Maraqli Melumatlar
loading...