Qan qrupunun cinsi həyata təsir etdiyini bilirdinizmi?
Bəli, qan qrupu yataqdakı performansa və davranışlara təsir edir. Bir çox elmi araşdırmaların nəticələri də bunu sübut edib. Alimlər qan qrupunun birbaşa ehtirasla əlaqəsi olduğunu bildirirlər. Qadinla.Biz sayti "Hansı qan qrupundan olan insanlar daha ehtiraslıdırlar?" sualına aydınlıq gətirəcək.
I qan qrupunun qadınları:
Çox ehtiraslıdırlar. Seks onlar üçün vaz keçilməz bir həzzdir. Kişilərin ağlını başından alan paltarlar geyinməkdən xoşları gəlir. Bu qadınlarla bir dəfə sekslə məşğul olsanız, ondan ayrılmağı ağlınızdan belə keçirməyəcəksiniz.
I qan qrupunun kişiləri:
Münasibətdə olduğu qadını qısqanır. Onun başqa bir kişi ilə söhbət etməsi belə bu kişiləri dəli etmək üçün kifayətdir.İctimai yerlərdə vaxt keçirməkdən xoşları gəlmir. Belə yerlərdə öpüşməkdən də çəkinirlər. Yataqda olduqca ehtiraslı olan bu kişilər sevgilisinə tez-tez hədiyyə almağı xoşlayırlar.
II qan qrupunun qadınları:
Seksual geyimlərə pul xərcləməyi çox sevirlər. Alt paltarlarının qırmızı və qara rəngdə olmasına xüsusi önəm verirlər. Fantaziyaları güclüdür. Yataqda partnyorunu məmnun etmək üçün hər şey edə bilərlər.
II qan qrupunun kişiləri:
Qadının baxımlı olması onlar üçün çox önəmlidir. Birlikdə olacağı qadını seçərkən dırnaqlarının və dodaqlarının gözəl olmasına fikir verir. Həm həyatda, həm də yataqda təmizliyə çox önəm verir. Gününün çox hissəsini hamamda keçirir. Gigiyena qaydaalrına əməl edir.
III qan qrupunun qadınları:
Pul xərcləmək onlar üçün hobbidir. Çox ehtiraslıdırlar. Çox yorğun olsalar belə seksə heç vaxt yox demirlər. Onun üçün sekslə məşğul olmağın yeri və zamanı yoxdur.
III qan qrupunun kişiləri:
Azadlıqlarının əllərindən alınmasından nifrət edirlər. Qadınlara hörmət edirlər. Gülərüz, əyləncəli qadınlardan daha çox xoşları gəlir. Seks zamanı qadının istəkləri onlar üçün çox önəmlidir.
IV qan qrupunun qadınları:
Sekslə məşğul olmaq xoşlarına gəlmir. Onlar üçün iş seks həyatından daha önəmlidir. Seksin 15 dəqiqədən artıq davam etməsinə imkan verməzlər. Onlar üçün pul və karyera daha önəmlidir. Seksə vaxt sərf etmək bu qadınlar üçün əziyyətdir.
IV qan qrupunun kişiləri:
Sekslə məşğul olarkən qadının onun hər sözünə qulaq asmasını, istəklərini yerinə yetirilməsini tələb edir. Həyatlarında sadəcə bir qadını dəli kimi sevirlər. Onun damarını tuta bilsəniz, həyatının sonuna kimi yanınızdan ayrılmaz.
Tarix: 23.11.2014 / 15:13 Müəllif: Aziza Baxılıb: 145 Bölmə: Maraqli Melumatlar