“İntim norma” dedikdə nəyi nəzərdə tuturam? Bu qadınla kişi arasında, onların davranış və hərəkətlətini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.
Tarix boyu müxtəlif fikirlər və düşüncələr bu normaları müxtəlif cür qəbul etmiş, şərh vermişdir. Məsələn, xristianlığa tapınan Avropa ölkələrində rəsmi surətdə bir qadınla, yəni nigaha girdiyin şəxslə, qeyri-rəsmi olaraq istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə hətta qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bir neçə qanuni arvadı ola bilər və şəriətə əsasən o arvadlarının hamsıısna bərabər, eyni diqqət və qayğı göstərməlidir. Burda qeyri qanuni münasibətlərdən söhbət gedə bilməz. Bundan başqa qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında vəziyyət əksinədir. Burada bir qadının bir neçə əri olur.
Müxtəlif tarixi dövrlərdə müxtəlif cür normalar mövcud olmuşdur. Məsələn Qədim Misirdə firon ailəsində bacı-qardaş nigahları sülalə maraqlarına xidmət edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür evlilik ən dəhşətli zina və cinayət sayılıb. Bundan başqa vaxtı ilə çinlilərdə qonağa ən yüksək həddə hörmət əlaməti olaraq ev yiyəsi gecə öz arvadını qonağın “tam sərəncamına” verirdi. Halbuki bu cür “hörmət” nümayişi heç vaxt avropalıların (mən hələ islam xaqlarını demirəm) ağlından belə keçməyib. Bir çox xalqlarda qızların bakirətini qoruyub gələcək ərinə saxlaması müqəddəs qanun sayılırsa və bu qanunu pozanları rüsvayçılıq gözləyirsə, bəzi xalqlarda isə qız öz ər evi üçün “cehizi” öz bədənini sataraq toplayır. Hətta xanımın bu cür “qoçaqlığı” onun əri tərəfindən çox bəyənilir və qiymətləndirilir. Bəzi tayfalarda isə qız ərə gedən gecəsini bu “iş” üçün seçilmiş xüsusi “cəfakeşlər”(kahinlər) görürlər, qız öz ər evinə qadın olaraq getməlidir.
Müasir dövrdə də çoxsaylı nigahlar mövcuddur. Bir sıra xalqlarda monoqam(fərdi nigah) deyil, poliqam nigahın müxtəlif formaları yayılmışdır: polinigiya – bir kişinin 2 və daha çox qadınla evliliyi, poliandriya – bir qadının 2 və daha çox kişi ilə evliliyi və nəhayət qrup halında nigah – müxtəlif cinslərdən olan bir neçə adamın izdivacı.
Qrup halında evliliyə nadir hallarda rast gəlinir. Məsələn Markiz adalarında olub. Orada ailə əsas ərdən – yəni ailə başçısından, onun arvadlarından və köməkçi ərdən ibarət imiş. Əsas ər səfərdə ya xəstə olanda onun bütün “öhdəliklərini” köməkçi ər edirmiş. Əgər indi əsas ər səfər çıxmazmışsa, xəstələnməzmişsə onda icazə ilə arvadlarla ola bilərmiş. Belədə isə əsasən təsərüfat işləriylə məşğul olmalıymış.
Hazırda isə eyni cinsdən olanların nigahi məsələsi ortaya çıxıb. (əslində bu qədimdən olub. Hətta Makedoniyalı İskəndərin hərəmxanasında qadınlarla birlikdə kişi məşuqları da varmış deyilənə görə). Eyni cinsdən olanların nigahı birinci Danimarkada, ardınca Norveçdə və İsveçdə qanuniləşdirilmişdir. Nə qədər acınacaqlı olsa da, normal insanda yalnız ikrah doğuran bu məsələ bir sıra ölkələrdə ciddi müzakirə obyektinə çevrilib.
Beləliklə hər bir dövr, hər bir cəmiyyət öz intim norma və qanunlarını təyin və təsdiq edir. Sizcə bizim cəmiyyətdə bu normalar necədir? Yavaş yavaş dəyişilibmi yoxsa elə “dədə babadan” qalmadır? Və əgər bu normaları siz təyin etsəydiniz necə dəyişərdiniz?
P.S.: eh bu nədi.. yenə uzun yazdım...həharlda mövzunun marağını nəzərə alaraq oxunacağını güman edirəm ))
Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: Maraqli Melumatlar