Son zamanlar insanların cinsi həyatlarında bəzi problemlər yaşanır. Bunun nəticəsində kişilər və qadınlar sonsuzluqdan, impotensiya, sperma pozğunluğu, aybaşı pozğunluğu, klimaks, eroziya və. s kimi cinsi xəstəliklərdən əziyyət çəkənlərin sayı günü-gündən artır.
Bir qisim cinsi xəstəliklərin yaranmasının səbəbi cinsi zəifliklə bağlıdır. Kişilər bir çox hallarda cinsi zəiflikdən xilas olmaq üçün aktivlik yaradan preparatlara, əsasən də viaqraya üstünlük verirlər.
Keçmişdə yaşamış insanların həyatı ilə maraqlansaq, cinsi zəiflikdən, cinsi xəstəliklərdən, sonsuzluqdan əziyyət çəkənlərinin sayının indiki dövrlə müqayisədə çox az olduğunu görərik. Halbuki, keçmişdə nə cinsi fəallıq yaradan preparatlar, nə viaqra olub. Bəs keçmişdə insanların cinsi həyatlarını problemsiz yaşamalarına kömək edən əsas vasitələr nə idi?
Sizə heç bir dərman preparatlarına, həkim-təbibə müraciər etmədən, ev şəraitində hazırlana bilən vasitələri təqdim edirik. Viaqra, cinsi aktivlik yaradan digər preparatların əvəzedicilərini hər kəs özü hazırlayıb qəbul etməklə, cinsi zəiflikdən və cinsi xəstəliklərdən xilas ola bilər.
Cinsi zəiflik, sonsuzluq, sperma pozğunluğu və eroziyadan əziyyət çəkən kişilər bu problemlərin azalması üçün viaqra əvəzləyici enerji qarışığını qəbul edə bilər:
Tərkibi:
Bal, doşab (bəhməz), püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kok hissəsi, zəfəran və sarıkök.
Hazırlanması:
5 xorək qaşığı bala 3 xorək qaşığı doşab əlavə edin. Püstə, qoz, fındıq, badam, kişmiş, şüyüdün kok hissəsini yaxşıca əzib püre halına gətirərək bal və doşab qarışığına əlavə edin. Üzərinə zəfəran və sarıkok tökərək yaxşıca qatışdırın və gündə iki dəfə səhər yeməyindən və axşam yeməyindən 20 dəqiqə sonra 1 xörək qaşığı qəbul edin. 10 gün bu qatışığı qəbul etdikdən sonra cinsi problemlərinizə xeyrli təsir göstərdiyinin şahidi olacaqsınız.
Qadınlarda isə mensturasiya pozgunluğu, klimaks ən çox rastlanan cinsi problemlərdir. Bu problemin həlli üçün əsrlərdən bəri xanımların istifadə etdiyi bir içki var.
500 qr suya bir orta ölçülü soğanı dörd yerə bölüb əlavə edin və qaynadın. Qaynanmış suyu gündə bir dəfə bir armudu stəkanda 1 çay qaşığı bal ilə qarışdırıb 10 gün ərzində için. Tezliklə xeyirli təsirinin şahidi olacaqsınız. Bundan əlavə hər gün səhər oyananda əncir mürəbbəsi ilə çay için. Çünki əncir mürəbbəsi intimual aktivliyin artmasına təsir göstərir bu səbəbdən də əncir qadınların meyvəsi hesab edilir.
Tarix: 29.11.2014 / 10:43 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Maraqli Melumatlar