Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

hamilielikde cinsi elaqede olmaq olar?

Hamiləlikdə cinsi əlaqədə ola bilərəmmi?

Xalq arasında həkim məni uşaqlıq yolundan müayinə etdi və nəticədə körpəm düşdü, deyə fikirlər mövcuddur, hamiləlik zamanı uşaqlıq yolundan müayinə olmaq zərərlidir, deyə fikirləşənlərə bildiririk ki, əgər vaginal (uşaqlıq yolundan) müayinə zərərli olsaydı həkimlər hamiləlik zamanı sizə cinsi əlaqəni də qadağan edərdilər. Halbuki, hamilə uşaqlıq üçün cinsi əlaqə daha böyük bir təzyiq edir. Vaginal (uşaqlıq yolundan) müayinənin steril şərtlərlə edildiyi təqdirdə bir qorxusu yoxdur.
Eyni zamanda hamiləlik zamanı cinsi əlaqə qadağan deyil. 28ci həftədən sonra kişi sperması uşaqlıq yoluna boşaldılmamalı və 36cı həftədən sonra isə cinsi əlaqə qadağan edilməlidir. Cütlərin çoxu doguşa az qalmışa qədər cinsi əlaqəyə girməkdə davam edirlər. 28-36cı həftələrdə spermanın içərisindəki kimyəvi maddələrin (prostaqlandin) təsirindən erkən doguş yarana biləcəyindən cinsi əlaqə məsləhət bilinmir və eləcə də bu dövrdə kişinin cinsi orqanı ilə vaginaya (uşaqlıq yoluna) keçən mikroblar ananın zahılıq dövründə hər hansı bir infeksiyaya səbəb ola bilərlər. Araşdırmalar nəticəsində bəzi cütlərin həm aybaşı vaxtı və həm də hamiləliyin son dövrlərində cinsi əlaqədə olduqları müəyyən edilmişdir. Ona görə də biz yeni qurulan ailələrimizi bizim səhifədəki daim yenilən mövzuları oxumağa səsləyirik.
Qeyd edək ki, hamilə qadınlarda hamiləliyin təsirindən cinsi meyl azalmış olur, qadın bütün ruhu, xəyalı və orqanizmi ilə özünü qarnında daşıdığı körpəyə vermiş olur. Ərlərinin bu dövrdə xanımlarını "müasir" cinsi əlaqəyə məcbur etmələri dogru deyildir.

Cütlər əsasən cinsi əlaqənin dölə zərər verə biləcəyini düşünürlər. Ancaq körpə su ilə dolu bir kisə içərisində olur və mühafizəsi güclü olur. Rahat bir cinsi əlaqə üçün hətta müxtəlif mövqelər də seçə bilərsiniz. Cinsi əlaqə zamanı qadın yanıüstə uzanmış olarsa qarnına daha az təzyiq düşmüş olur. Hamiləlikdə cinsi əlaqə üçün əsas şərt sizin rahatlığınızdır. Lakin unutmayın ki, hamiləliyin yalnız 28ci həftəsinə qədər cinsi əlaqədə olmanız məsləhətdir.
Hamiləliyin hansı dövründə olursa olsun əlaqə zamanı ağrı, qanaxma kimi problemlər ortaya çıxarsa dərhal həkiminizə baş vurmalısınız. Əvvəlki hamiləliyinizdə və ya hazırkı hamiləliyinizdə aşağıdakı vəziyyətlərdən birini yaşamış olsanız, həkiminizlə danışarak cinsi əlaqənizi idarəli edin və ya hamiləliyin sonuna kimi etməyin.

* erkən doğuş
* infeksiya
* qanaxma
* dölyanı suyun erkən gəlməsi
* həkiminiz tərəfindən təyin edilən körpənizin sağrı hissəsinin öndə gəlməsi
* həkiminiz tərəfindən təyin edilən düşük ya da erkən doğuş təhlükəsi


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqli Melumatlar
loading...