A
Münasibətinizdə romantizmə üstünlük vermirsiz. Daha çox hərəkətli olmaqdan və əyləncədən xoşunuz gəlir. Çox səbirli olmadığınız üçün eşqbazlıq etmək müəyyən vaxtdan sonra sizi sıxır. Xüsusilə fiziki cəhətdən, partnyorunuz çox cazibədar olmalıdır. Çünki şəhvət alüdəçisi olaraq buna çox əhəmiyyət verirsiniz.
B
Romantiklik və romantizm sizin üçün çox əhəmiyyətlidir. Şam işığında yemək, ay işığında yerimək sevgilinizlə etmək istədiyiniz şeylərdir. Kiçik sürprizlər və hədiyyələri sevirsiniz. Iradəniz seks mövzusunda çox qüvvətlidir. Sevginizi ifadə etmə qabiliyyətiniz isə yüksəkdir.
C — Ç
Eşqbazlıq mövzusunda olduqca başarılısınızdır. İnsanlarla söhbət etməyi və münasibət qurmağı sevirsiniz. Bir az eqoistsiniz, öz düşüncələrinizi ön plana qoyursunuz. Seksi sevirsiniz, amma uzun müddət həyatınızda seks olmadan da yaşaya bilirsiniz.
D
Bir şeyi əldə etmə mövzusunda əzmkarsınız. Qeyri-mümkün olsa belə vazkeçmirsiniz. Xeyirxahlığı sevirsiniz. Elə populyar olmağınızın da səbəbi budur. Sizi ifadə edən sözlər: Seksual, sadaqətli, qısqanc və eqoist.
E
Danışmağı sevirsiniz. Həyatınızdakı hər şey yerində, səliqəli olmalıdır. Qarışıqlıqdan nifrət edirsiniz. Siz hər şeyə nəzarət etmək istəyirsiniz. Sizin üçün kiminləsə münasibət qurmaq seksdən önəmlidir. Amma ürəyinizi kiməsə verdikdən sonra, dünyanın ən sadaqətli insanına çevrilirsiniz. Sizə uyğun bir sevgili tapa bilməyəndə, yaxşı bir kitabla da idarə edə bilərsiniz.
F
İdeal sevgili, ideal romantik. Sevdiyiniz adamı gözünüzdə çox böyüdürsünüz. Üstəlik bundan zövq alırsınız. Xaricdən özünü bəyənmiş biri kimi görünsəniz də, daxilinizdə isti və romantik bir insan var. Özünüz kimi ideal romantik insan axtarışındasınız.
G
Həyatda ətrafınızda müvəffəqiyyətli insanların olmasını istəyirsiniz. Müvəffəqiyyət sizin üçün çox əhəmiyyətlidir. Statusu sizdən yüksək insanlarla əlaqə yaratmağı sevirsiniz. Erotizmin zirvəsinə necə çatacağınızı yaxşı bilirsiniz.
H
Daima axtarış içindəsiniz. Üstəlik nə axtardığınızı da bilirsiniz: Sizi hər yöndən zənginləşdirəcək bir partnyor. Onun üçün hər şeyi edə bilərsiniz. Amma buna sərmayə gözüylə baxmağınız yaxşı deyil. Etiraf edin bəzən edirsiniz!
I — i
Sevilmək üçün yaradılmısınız. Sevgilinizin sizə aşiq olması üçün hər şeyi edərsiniz. Amma unutduğunuz bir şey var, hər şeyi həmişə ondan gözləyirsiniz. Tez-tez küsməyinizin səbəbi də budur. Sizin üçün önəmli olan etibar və sevgidir. Yalnız həqiqətən sevdiyiniz və aşiq olduğunuz insanla sevişmək istəyirsiniz, seks mövzusundakı güc və arzunuzu yalnız o adama saxlayarsınız.
J
Güclü bir fiziki enerjiniz var. Sevişərkən heç bir güc sizi dayandıra bilməz. Sizin üçün qarşı cinslə əlaqə bir meydan oxumadır. Sizi romantik hesab etmək olar, amma sizi əsl maraqlandıranqarşınızdakını başdan çıxarmaqdır. İdeal məhəbbətə inanırsınız. İşiniz çətindir...
K
Utancaq görünsəniz də, şəhvətli və həssas bir insansınız. Amma bunu heç kimə bəlli etmək istəmirsiniz. Ticarət qabiliyyətləriniz yaxşıdır. Bu işin bütün detallarına hakimsiniz. Ciddi görünüşünüz insanların sizdən çəkinməsinə səbəb olur. Aldatmaqdan və aldadılmaqdan nifrət edirsiniz.
L
Eşq sizin üçün xəstəlik kimidir. Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Birinə bağlanmaq sizin üçün çox qiymətlidir. Eşq mövzusunda hər sahədə uğur qazanırsınız. Buna görə həmişə daha çoxunu istəyirsiniz. Yeni dadlar sınaq potensialına sahibsiniz. Bu duzludur, dadlı, yoxsa acı? Sevgilinizin işi çətindir, çünki intellektual olmaq məcburiyyətindədir.
M
Çox romantiksiniz. Bir əlaqəyə girdiyinizdə bütün mənliyiniz əriyib gedir. Təkeşliliyə inanırsınız. Fantaziyalarınız və seksual enerjiniz tükənmək bilmir. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyursunuz. Amma onun bundan bezəcəyi barədə də düşünməlisiniz.
N
Sizi yaxından tanıyanların heç vaxt inanmadığı iki sifətiniz var: Günahsız və utancaq. Bu yalnız qarşınızdakına bağlşladığınız ilk təəssuratdır. Lakin ətrafınızlakılara zövq dolu anlar yaşatırsınız. Seks mövzusunda çox qabiliyyətlisiniz. Seksdə tək tərəfin aktivliyinə dözə bilmirsiniz. Təəssüf ki, mükəmməlliyi sevirsiniz. Buna görə də sizin standartlarınıza uyğun birini tapmaq çox çətindir.
O — Ö
Seksi sevirsiniz! Amma bir az da utancaqsınız. Buna görə də enerjinizi başqa istiqamətlərə sərf edirsiniz. Pul və güc sizin üçün önəmlidir. Seksi sevsəniz də buna ciddi bir iş kimi yanaşırsınız və qarşınızdakını da sadəcə seksual obyekt kimi görürsünüz. Buna görə etirazlarla qarşılaşırsınız. Təbiətdən zövq alırsınız.
P
Sizin üçün həyatın mənası ictimai statusdur. Biriylə münasibət qurmaq sizing üçün çətindir. Çünki əli, üzü düzgün olmayan biri sizin statusunuzu aşağı sala bilər. Üstəlik çox da ağıllı olmalıdir, çünki siz mübahisə etmədən yaşaya bilmirsiniz. Bu sizin üçün həyati bir ehtiyacdır!
R
Birlikdə olmaq üçün ən yaxşısı özünüzü kopyalamaq olardı. Çünki sizin eynilə özünüz kimi birinə ehtiyacınız var: İntellektual və ağıllı. Ağıl sizin üçün fiziki gözəllikdən daha əhəmiyyətlidir. Amma bu ehtirasın sizin üçün əhəmiyyətsiz olduğunu ifadə etmir. Yoldaşınız yataqda yaxşı deyilsə, onu öyrətməkdən zövq alırsınız.
S — Ş
Seks sizin üçün zövqdən daha üstündür! İş, stress, pul, xarici faktorlar ehtiraslı həyatınıza mənfi təsir göstərə bilir. Amma bunlara baxmayaraq ehtiras hissinizi tamamilə itirmirsiniz. Maraq dairəsində olmağı sevirsiniz.
T
Əsl romantiksiniz. Eşqə həvəsiniz böyükdür. Eşqbazlıq üçün ideal bir tipsiniz. Aşiq olduğunuz zaman romantiksiniz və buna görə də tez inciyirsiniz. Kiçik bir dava ayaqlarınızın yerə basmasına kömək edir. Realist olursunuz.
U — Ü
Aşiq olduğunuz zaman realist, aşiq olmadığınız zamanlarda isə eşqə aşiq bir tipsiniz. Hər zaman sizə dəyər verəcək birini axtararsınız. Sevmək üçün yaradılmısınız. Sevgilinizi hər kəsdən üstün tutursunuz.
V
Sizin diqqətinizi ən çox çəkən şey həyəcandır. Azad bir şəxsiyyətə sahibsiniz. Sirrli insanlar dərhal diqqətinizi çəkir. Ya yaşca böyük ya da kiçik insanların arxasınca qaçırsınız. Buna görə də bütün münasibətləriniz təhlükəlidir.
Y
Azadlıq sizin üçün çox önəmlidir. Biri ilə münasibət qurmaq sizə çox çətin gəlir. Daima özünüzü isbat etməyə çalışırsınız. Çox cazibədarsınız. Seksə əhəmiyyət versenizde sizin üçün ən vacib şey puldur.
Z
Məhəbbətin acı çəkmək olduğunu düşünürsünüz. Səmimi, həssas, romantik və xəyalpərəstsiniz. Hər zaman başı dərddə olan insanların köməyinə qaçarsınız və hər zaman sevgilinizi pis vəziyyətlərdən xilas edirsiniz. Paylaşmağı sevmirsiniz. Şəxsi həyatınızı, sirlərinizi özünüzə saxlayırsınız. Bəlli etməsəniz də seksi sevirsiniz. Evlənmək məcburiyyətindəsiniz, başqa cür yaşamaq çətin olacaq.
Tarix: 22.11.2014 / 23:10 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Maraqli Melumatlar