Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almalı üz maskası
Almalı üz maskası

Ləkələr və ya sızanaqlar kabusunuza çevrilibsə, mütləq alma maskasını sınaqdan keçirməlisiniz.
Azadqadin.az üzdəki bir sıra problemi qısa müddətdə aradan qaldıran alma maskasının reseptini təqdim edir:

Tərkibi:

1 ədəd yaşıl alma
1 xörək qaşığı bal

Hazırlanması:
Yaşıl almanı ortadan ikiyə bölüb çəyirdəklərini çıxardın. Rəndələməklə və ya blenderlə püre halına salın.
İçərisinə bal əlavə edib qarışdırın. Qabın ağzını örtüb 10 dəqiqə soyuducuda saxlayın.
Daha sonra təmiz dəriyə çəkin. 10 dəqiqə gözləyib ilıq suyla durulayın.


Tarix: 23.04.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 281 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...