Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzünüzə uyğun qaş forması seçin
Üzünüzə uyğun qaş forması seçin

Üzünüzə ən uyğun qaş forması
Bir qələm alın və burun qanadlarınızdan birinə söykəyib, dik olaraq üzünüzdə saxlayın. Qaş, qələmin bərabər gəldiyi nöqtədən başlamalıdır. Sonra qələmi gicgahınıza doğru əyin. Bu nöqtə də qaşın bitdiyi yer olmalıdır. Qaşın başlanğıcı və sonu tək bir xəttdir. Qaşlarınızı, bu xətt çərçivəsində formalaşdırın.Qaş yayınızı təyin edin
Qaşınığın ən yüksək olacağı nöqtə, gözbəbəyinizin üzərindən tutduğunuzda qələmin ucunun göstərdiyi nöqtədir. Qaşınızı almağa başladığınızda diqqət edin: Burundan etibarən qaşın üçdə ikisi yuxarı doğru və qalan üçdə biri də aşağı doğru getməlidir. Əgər qaşın iç qisimi çox qalın və xarici qisimi çox incədirsə, öndən ortaya qədər qaş qələmi ilə düzəldin.

Ağrıtmadan alın
Qaşlarınızı alarkən daim çıxış istiqamətlərinə görə çəkin. Əvvəl alt kənardan başlayın. Üst kənarı yalnız nazildin.
Diqqət: Çox qaçırmayın! Bir neçə dəfə çox alsanız, yerlərinə yeniləri çıxmağa bilər.

Boşluqları doldurun
Əvvəl qaş fırçası ilə aşağı doğru darayın. Bu şəkildə boşluqları görməniz mümkün olar. Sonra qaş qələmi ilə incəcik xəttlər halında boşluqları doldurun. Son olaraq da qaşlarınızı yuxarı darayın.

Peşəkarlar nə istifadə edir?
Əliniz ğyrəşkən deyilsə, maqqaş ilə incə qaşları asanca ala bilər, bir az ustalaşınca da mütəxəssislərin istifadə etdiyi qaş pensine keçiş edə bilərsiniz. Hansında daha rahatlayırsınızsa, onu seçin


Tarix: 16.04.2015 / 14:49 Müəllif: Aziza Baxılıb: 812 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...