İnsanların ən böyük dərdlərindən biri piylənmə, yəni artıq çəkinin səbəb olduğu köklükdür. Tibb və qida mütəxəsisləri, dietoloqlar çəki azaltmaq mövzusunda çoxlu araşdırmalar aparmışdır. Və bu araşdırmaların sonunda belə bir həqiqət ortaya çıxır. "Yeyərək də arıqlamağınız mümkündür".
Bəzi qidalar metobolizmə (maddələr mübadiləsinə) birbaşa olaraq təsir edir, yəni onu işlədir. Arıqlamaq üçün ac qalmaq, ya da uzunmüddətli pəhrizlər lazım deyil. Orqanizmi uzun zaman tox tutan və yağ yandıran, metobolizmi sürətləndirən qidaları qəbul etmək əsasdır. Sizinlə bu gün araşdırmaların sonu ortaya çıxan, metobolizmi sürətləndirən, yəni yeyərək zəiflədən 10 qidanı paylaşacağıq.
Partlamış qarğıdalı (popcorn)
Araşdırmalara görə, partladılmış qarğıdalı yemək digər atışdırma qidalara görə insanı daha tox tutur. Kinozalda, teatrda yediyimiz popkornlar 300 kilokalori deməkdir. Tövsiyə edilən bu qidanı yağsız və ya az yağlı olaraq qəbul edin.
Duzsuz pendir
Araşdırmalar göstərir ki, gündəlik pəhriz siyahınısına pendiri daxil edənlərin daha az daxil edənlərdən tez arıqladıqları ortaya çıxıb. Elm adamları bu qidaların içərisində tapılan CLA maddəsinin yağ yandırmağında təsiri olduğunu bildirir.
C vitaminləri - naringi
Hər bir naringi şirniyyata ehtiyacın qarşısını alır, 35 kilokaloridir. Naringidəki zəngin C vitamini sayəsində gözəlliyinizə gözəllik qatıla bilər. Gündəlik pəhriz menyunuza daxil edə bilərsiniz.
Qreypfrut
Yarım qreypfrut yalnız 37 kilokalori təşkil edir və köklüyün, qəbizliyin qarşısını alır. Qreypfrut eyni zamanda ürək xəstəliyi riskini azaldan, sərbəst radikallarla mübarizə aparan C vitamini deposudur. Meyvə kimi yeyə və suyunu sıxıb içə bilərsiniz.
Yağsız ətlər
Yağsız qiymə tərkibindəki protein sayəsində əzələ kütlənizi qoruyur. Mütəxəsislər nə qədər əzələyə sahibsinizsə, vücudunuzun o qədər kalori yandırmağa çalışdığını, yüksək əzələyə sahib olmanın metobolizmi sürətləndirdiyini bildirir. Avstraliyalı qida araşdırılmaçılarının etdikləri yoxlamalar nəticəsində həftədə 6 dəfə yağsız qiymə yeyənlərin yeməyənlərə nisbətən 25 faiz daha artıq azaldığı sübut edilmişdi.
Alma
Bir orta boy alma 4 qramdan artıq liflə doludur. Aparılan araşdırmalara görə, yeməkdən əvvəl bir alma yeyənlərin yeməyənlərə nəzərən 15 faiz daha az kalori aldıqlarını açıqlanmışdı. "Bonus" olaraq da alma xəstəliklərlə mübarizə aparan güclü bir antioksidant qaynağıdır.
Yulaf
Yulaf səhər süfrələri üçün tox tutmaqda bir nömrəli qidalardan biridir. Bu tam taxıllı qida digər karbohidratlara nisbətən qan şəkərini nizamlayaraq, "O qədər acam ki, soyuducunu da yeyə bilərəm" düşüncəsindən sizi uzaqlaşdırır. Bir fincan yulaf gündəlik ehtiyacınız olan lif miqdarının üçdə birini ödəyir. Yulaflı çörək yemək ağıllı fikir olacaq.
Paxlalı bitkilər
Yüksək protein, karbohidrat və lif deposudur. Bonus olaraq da sinir sisteminizi hərəkətə gətirəcək, qəbizliyin qarşısını alacaq. Soyutma kimi yeyə bilərsiniz.
Mərcimək
Bu, pis xolestrolla mübarizə aparan sağlam bir lif qaynağıdır. Araşdırmalar göstərir ki, bu qida sizə toxluq hissi verərək, hədsiz yemək istəyini qabaqlayar və arıqlamağınıza köməkçi olar. Həm də mərcimək şorbası bişirib yeyə bilərsiniz.
Tarix: 25.11.2014 / 12:11 Müəllif: Aziza Baxılıb: 129 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri