Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlayan adamların baş bəlası: dəri sallanması

İnsanlar böyük zəhmət hesabına artıq çəkilərindən xilas olduqdan sonra başqa bir problemlə üzləşirlər. Yeni ölçüdə paltarlar geyinmək nə qədər xoş olsa da, dərinin sallanması heç də insanı şad eləmir. Əslində isə dərini elastikləşdirmək üçün üsullar var. Əsas problem vaxtla bağlıdır.

1. Çəkinizi nəzarətdə saxlayın. Tez bir zamanda arıqlamaq dərinin böyük düşmənidir. Dərinin yeni çəkiyə öyrəşməsi və lazımi ölçülərə düşməsi üçün zaman lazımdır. Bir ay ərzində 5 kiloqramlıq dəri dartınır.

2. Su qəbulunu artırmaq. Bu tək orqanizmin ümumi sağlamlığını yaxşılaşdırmır, eyni zamanda dərinin də elastik və möhkəm olmasına yardım edir. Gün ərzində ən azı 6 stəkan su için.

3. Bir gündən bir - həftədə üç dəfə güc məşqləri edin. Əzələ üçün hesablanmış məşqlər dəriyə də faydalı olur.

4. Dərinizi nəmləndirin. E vitamin tərkibli nəmləndirici kremlərdən istifadə edin. E vitamini epidermis hüceyrələrinin artımını sürətləndirir. Nəmləndirici krem isə qırışları azaldır. Kokos yağı da yardımınıza çata bilər. O, təbii nəmləndirici sayılır.

5. Masaja yazılın! Həftədə bir dəfə prosedurdan keçin. Qan dövranını yaxşılaşdırmaq üçün bu vacibdir. Özəlliklə arıqlamaq dövründə.

6. Günəş altında az qalın. Ultrabənövşəyi şüalar dərinin elastikliyinə mənfi təsir göstərir. Solyari barəsində isə tamamilə unudun.

7. Xlorlu su olan hovuzda çimməyin. Xlor dəriyə hoparaq hüceyrələri qurudur. Əgər üzgüçülük həvəskarısınızsa, onda minimum xlor olan hovuzu seçin. Çıxdıqdan sonra isə mütləq duş qəbul edin.

8. Səbirli olun. Əgər dəri həddən artıq sallanıbsa, səbirli olmaq mütləqdir. Orqanizminiz yeni ölçülərinə zamanla öyrəşəcək. Burada yaş faktoru da byük rol oynayır.


Tarix: 25.11.2014 / 11:04 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...