Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdmanla məşğul olduqda qidalanma

İdmanla məşğul olduqda insan orqanizmindən tər ilə birlikdə kalium və natrium duzları xaric olunur. Bu baxımdan prosedurlardan əlavə tərkibi protein və polivitamin kompleksli ilə zəngin pəhrizlər vacibdir.

Qidalanma zamanı istifadə edilən protein kokteylləri də faydalıdır. Həmin kokteyllər əzələ kütləsini artırmağa kömək edir. Bu cür kokteyllər orqanizmə heç bir kimyəvi təsir göstərmir. Protein effektli kokteyllərin əsas tərkib hissəsi zülallardır (süddən, yumurta ağından və ya soyadan ibarətdir). Tərkibində yağ, karbohidrat və fruktoza da olur.

Əgər professional olaraq bu idmanla məşğul olmaq istəyirsinizsə 3 saatdan artıq məşq edirsinizsə və ya dağa səyahətə hazırlaşırsınızsa, protein kokteyllərindən istifadə edə bilərsiniz.

Pəhrizə riayət edərkən idmandan əvvəl amin turşusu və proteinlə zəngin qidalar və 2 ovuc kişmiş istifadə edin. İdmandan sonra amin turşusu, protein ilə bərabər 1 ədəd banan yemək faydalıdır. Onuda qeyd etmək lazımdır ki, məşqdən dərhal sonra içilən proteinli kokteyl, bədənin gücünü bərpa edir və zülalların əzələlərdəki sintez prossesini sürətləndirir.

Kokteylin tərkibinə zərdabın olması daha effektiv təsir göstərir. O, orqanizmdə sürətlə parçalanaraq amin turşularının tez müddətdə əzələlərə hopmasını təmin edir. Yuxudan sonra əzələlər katabolik vəziyyətdə olduğundan və gecə ərzində zülal ehtiyatı zəiflədiyindən zərdablı zülalın qəbulu katabolik prosessə mane olur. Bu baxımdan protein qəbulunda ən vacib mərhələlərdən biri zərdablı protein qəbuludur.

İstəyə uyğun səhər yeməyində 2-4 yumurtadan hazırlanmış omlet, təzə meyvə suyu, günorta yeməyində toyqudan hazırlanmış sandviç, mövsümi meyvələr, tərəvəzlər, axşam yeməyində isə toyuq döşü və ya balıq əti, 2 ədəd kartof, yaşıl salat (duzsuz) istifadə etmək olar. Günorta və axşam yeməklərində amin turşusu ilə zəngin qidalara üstünlük vermək vacibdir.


Tarix: 25.11.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...