Aç qalmadan, yemək nizamınızı pozmadan, əlavə xərcləmə etmədən bir həftədə 3 kilo verməyə nə deyərsiniz?
Diyet etmək hər zaman üçün çətindir. Diyetin psixoloji təzyiqi, yemək rejiminizin alt-üst olması, tətbiq olunması son dərəcə çətin pəhrizlərin varlığı və özünə xüsusi yemək hazırlama çətinliyi bir çox qadını diyetadan imtina etdirir.
Evinizdə bişirdiyiniz yeməklərlə də pəhriz etməniz mümkündür. Amma bunun üçün lazım olan, hansı qidanın nə qədər və nə ilə yeməyinizin lazım olduğudur. Gündəlik 1100 kalori olan bir diyeta, nizamlı tətbiq etmə nəticəsində 10 gündə 4 kilo verməyiniz mümkündür. Bu vaxt bol-bol maye içməyə də laqeyd yanaşmamaq lazımdır.
Qeyd: Bu pəhriz, şəkər, ürək və böyrək xəstələri üçün uyğun deyil.
1. Gün
Səhər yeməyi: Şəkərsiz çay, 30 qr. pendir, 1 dilim kəpək çörəyi, 1 pomidor, yaşıl bibər
Saat 10:00 - 100 qr. meyvə
Nahar: 1 kasa mərcimək şorbası, 200 qr. qızartma kotlet, 4 şorba qaşığı noxud və kök garniri, 1 qab az yağlı salat
Saat 16:00 - 100 qr. meyvə
Axşam: 2 ədəd yağsız badımcan, 2 şorba qaşığı plov, 1 qab yağsız salat
Gecə: 100 qr. meyvə
2. Gün
Səhər yeməyi: 240 qr. yağsız süd, 25 qr. kəpəkli biskvit, 100 qr. banan, 1 pomidor, xiyar
Saat 10:00 - 100 qr. meyvə
Nahar: 2 ədəd bibər dolması, 3 şorba qaşığı spagetti, 150 qr. yağsız qatıq, 1 qab yağsız salat
saat 16:00 - Yarım qaynadılmış qarğıdalı
Axşam: 1 kasa şorba, 8 şorba qaşığı qovrulmuş ispanaq, 100 qr. yağsız qatıq, 1 dilim kəpək çörəyi, salat
Gecə: 100 qr. meyvə
3. Gün
Səhər yeməyi: 1 yumurta ilə qayğanaq, 25 qr. kəpəkli çörək, 1 kök , salat
Saat 10:00 - 100 qr. meyvə
Nahar: 1 kasa şorba, 1,5 boşqab toyuq dönəri, 1 qab az yağlı salat
Saat 16:00 - 100 qr. meyvə
Axşam: Balıq (neytral), az yağlı salat
Gecə: 150 qr. meyvə
Tarix: 25.11.2014 / 11:23 Müəllif: Aziza Baxılıb: 119 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri