Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uğurlu pəhriz üçün 12 qayda

Pəhriz saxlamaq çoxlarına tanış olan anlayışdır. Amma pəhrizə riayət etməyi hər kəs bacarmır. Çoxları bazarertəsi məsləhətsiz başladığı bu işi ancaq çərşənbə axşamına kimi davam etdirə bilir. Pəhrizə başlayanda onu davam etdirmək üçün ən vacib şərt qarşıda hədəfin olmasıdır. Məsələn, bir ayda 5 kq arıqlamaq kimi. Bu nəticəni əldə etmək üçün isə cəmi bir neçə qaydaya riayət etmək lazımdır. Bu qızıl qaydalar pəhrizin uzunömürlülüyünə əsas verəcək.

1. Artıq çəkidən azad olmaq üçün gündə 2,5 litr su için.

2. Yeməklərdəki duzu azaldın.

3. Gündəlik çörəkdən istifadəni 3-4 dilimə kimi azaldın.

4. Makaron, aş, kartof kimi qidalardan istifadəni həftədə iki dəfəyə salın.

5. Şirniyyatı həftədə bir dəfə yeyin.

6. Spirtli içkilərdən şərab, arağa üstünlük verin. Amma həftədə iki dəfədən və iki qədəhdən çox olmamaq şərti ilə.

7. Çox aclıq hiss edəndə proteinli yeməklərə üstünlük verin. Məsələn ət, balıq, toyuq kimi soyutmalara. Onlar həm qan şəkərini yaxşı tənzimləyir, həm də çəkinin azalmasına kömək edir.

8. Həftədə 3 gün balıq mütləqdir. "Omeqa-3" vitamini ilə zəngin olan balıq həzmi asanlaşdırır, qan şəkərini tənzimləyir, immuniteti gücləndirir.

9. Günün eyni saatlarında yemək yeməyə çalışın.

10. Pəhriz zamanı bəzi bitki çaylarının qəbul edilməsi faydalıdır. Məsələn yaşıl çay. Gündə ən azı 2 dəfə içilməsi məsləhətdir.

11. Yeməkləri dadlandırmaq üçün gündə iki qaşıq xardal və ya ketçupdan istifadə etmək olar.

12. Gündə 1 stəkandan artıq light cola içməyin.

Qeyd edək ki, həkimlər normal pəhrizlə ayda 5-6 kilodan artıq arıqlamağı məsləhət görmürlər.


Tarix: 25.11.2014 / 11:23 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...