Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eynəkdən istifadə edən qadınların makyajı

Eynək taxan qadınlar ümumiyyətlə, özlərinə uyğun makiyaj etməkdə çətinlik çəkirlər. Bəzən gözləri fərq edilsin deyə ifrat dərəcədə makiyaj edir, bəzən də görünmür deyə heç makiyaj etmirlər.
Belə səhvlərə yol verməmək üçün sizə bir neçə məsləhətim var.



Əgər tünd rəngli və qalın çərçivəli bir eynəkdən istifadə edirsinizsə, şaftalı, krem kimi təbii tonları seçməlisiniz. Açıq rəng, ya da çərçivəsiz eynək istifadə edirsinizsə, belə olan halda boz, bürünc kimi daha tünd tonları seçə bilərsiniz.
Qaşlarınızın şəklinin eynəyinizlə uyğun görünməsinə çalışın. Əgər ehtiyac varsa, qaş qələmi ilə şəkil verin.






Gözlərinizin altında bənövşəyi ləkələr varsa, eynəklər bəzən bunları daha da aydın göstərir. Buna görə də mütləq ağardıcı kremdən istifadə etməlisiniz.






Eynək şüşələri gözlərinizi olduğundan kiçik göstərirsə, parlaq və yüngül kölgələr tətbiq edə bilərsiniz. Əgər gözləriniz olduğundan böyük görünürsə, tünd tonlarda kölgələndirmə etməlisiniz


Tarix: 12.06.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 46 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...