Xanımlar üzlərindəki qüsurları kosmetik vasitələrin köməyi ilə gizlədə bilərlər. Sun.az bunun ən yaxşı yollarını təqdim edir:
Piqment ləkələrini gizlətmək üçün
Əvvəlcə dərini təmizləyin. Dəri tonuna yaxın korrektorla ləkələrin üzərinə azca krem çəkin. Ləkələr görünməyənə qədər korrektoru çəkin. Korrektorun qalın görünməməsi üçün ləkənin ətrafına da yayın. Daha sonra üstündən tonal və ya kirşan çəkin.
Qızartı və sızanaqları örtmək üçün
Yaşıl rəngli korrektoru qızartı olan yerə və sızanaqların üstünə çəkin.
Qırışları gizlətmək üçün
Dəri tonundan 1 ton açıq olan korrektoru qırış olan hissələrə çəkin. Korrektoru barmağınızla və ya fırça ilə dəriyə yedirin. Daha sonra tonal kremi və kirşan çəkin.
Burnunuz uzundursa
Burun ucuna tünd rəngli tonal kremi çəkin. Tonal kremi nəmli süngərlə çəkəndə daha yaxşı nəticə verir. Tonal kremi dəriyə yaxşı yedirdikdən sonra burun sümüyünə açıq kirşan və ya azca ağ göz kölgəsi çəkin.
Burnunuz çox genişdirsə
Kölgələrdən və açıq korrektordan istifadə edin. Burun sümüyə daha açıq tonda, burun pərdələrinə isə daha tünd tonal krem çəkin. Tonal kremi yaxşıca yayıb üstündən kirşan çəkin.
Çənəniz çox kiçik və içəri tərəfədirsə
Çənənizə açıq rəngli tonal krem çəkin. Bu çənənin həcmini artırır. Tünd və parlaq rəngli pomadalar çəkməyin. Diqqəti başqa hissəyə yönəldin, göz makiyajını çox və səliqəli edin.
Çənəniz çox çıxıqdırsa
Çənənin ucuna tünd rəngli tonal krem çəkib kirşan vurun. Dodaqlarınızı önə plana çıxaran əlvan rənglərə üstünlük verin.
Yumru üzü uzun göstərmək üçün
Üzünüzün daha incə görünməsi üçün yanaqlarınıza və çənə altına böyük ənlik fırçası yardımı ilə bronz ənlik çəkin. Daha açıq rəngli kirşanla alnınızı, çənənizi və burnunuzu vurğulayın.
Yorğun və yuxusuz gözlər
Alt kirpiklərinizə tuş çəkməyin. Əks halda daha yorğun görünəcəksiniz.
Çatlamış dodaqlar
Pomada çəkməzdən əvvəl nəmləndirici və çox tünd tonlardan istifadə etməyin.
Tarix: 24.11.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri