Qadınların ən böyük problemlərindən biri də sallanmış buxaqdır. Bu problem genetika, yanlış yuxu pozası və artıq kilodan qaynaqlanır. Ancaq sallanmış buxağı gizlətmək elə də çətin deyil.
Təkcə 4 makiyaj hiyləsi ilə daha zərif üz cizgilərinə sahib olub, buxağınızı diqqətdən yayındıra bilərsiniz.
Üz cizgilərini müəyyənləşdirin
Üzünüzün daha kiçik görünməsi üçün normalda istifadə etdiyiniz tonal krem və kirşanların bir ton daha tünd rəngini seçin.
Daha sonra eyni ilə professional makiyajdaki kimi üzü doğru kölgələndirməyi öyrənin.
Kölgələndirmə prossesi zamanı tünd rəngli tonal kremi çənənizə və çənə sümüyünüzün ətrafına çəkin.
Qaraldıcı vasitələrdən istifadə edin
Sallaq buxağı gizlətməyin bir digər üsulu da qaraldıcı kirşanlardan istifadə etməkdir. Parıltısız qaraldıcı kirşanı boynunuza çəkin, beləliklə diqqəti çənədən uzaqlaşdırmış olacaqsınız.
Bundan başqa, yanaqlarınıza da bir miqdar qaraldıcı kirşandan çəkin.
Dodaqlar
Dodaqlarda təbiiliyə üstünlük verin. Çünki dodaqlara çəkdiyiniz parlaq və diqqət cəlb edən dodaq boyaları diqqəti üzün aşağı hissəsinə cəlb edir, bu zaman salanmış buxağınız da diqqətdən yayınmır.
Ona görə də dodağınıza əvvəlcə nəmləndirici çəkin, sonra isə dodaq rənginizə yaxın dodaq boyası ilə makiyajı tamamlayın.
Gözlər
İnsanların diqqtəini buxaqdan yayındırmaq üçün üzünüzün yuxarı hissələrini ön plana çıxarmalısınız.
Bunun üçün ən yaxşı üsul gözlərə diqqət çəkməkdir.
Gözlərinizə göz kölgələri çəkərək və bol tuş vuraraq valehedici baxışlara sahib olun.
Bu tip makiyaj etsəniz, heç kim sizin buxağınızı görməyəcək.
Tarix: 24.11.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri