Qadınlar cavan görünmək üçün əlindən gələni edir. Hətta çoxlu pul xərclərəyək cərrah bıçağı altına yatmağa razıdırlar. Lakin elə məqamlar var ki, burada cərrahlar da acizdir. Qadınların xarici görkəmində yol verdiyi səhvlər onları olduğundan yaşlı göstərir. Sun.az qadınları yaşından cavan və baxımlı görünmək üçün nəyə diqqət etməli olduğunu araşdırıb.
Dırnaq boyasını yeniləməyə tənbəllik edrisinizsə, açıq rənglərə üstünlük verin.
Ucu silinmiş laklar kənardan çox bərbad görünür. Dırnaq boyası, asan çıxarıla bilən və davamlılığı çox az olan tərkibə malikdir. Dırnaq boyasının ömrü maksimum 2-3 gün olduğunu hər kəs yaxşı bilir. Təəssüf ki, bəzi qızları bunu bildiyi halda həftələrlə dırnaqlardan yarısı pozulmuş dırnaq boyası ilə gəzir.
Yarısı pozulmuş, ucları silinmiş dırnaq boyaları dünyanın ən gözəl qadını belə olsanız, sizi çirkin göstərəcək. Ətrafdakılar sizin baxımsız və səliqəsiz qadın olduğunuzu düşünəcək. Buna görə ya dırnaq boyanızı tez-tez yeniləyin, yeniləməkdə tənbəllik edirsinizsə, tünd qırmızı, qırmızı, qara kimi gözə çarpan rənglər yerinə ağ, çəhrayı kimi açıq tonlar seçin.
Makiyajınızı təmizləməyə tənbəlliik edirsinizsə, nəm salfetdən istifadə edin.
Bəzən qadınlar çox yuxulu və ya yorğun olanda makiyajı təmizləyə tənbəllik edirlər. Amma makiyajla yatmaqla dərinizə ən böyük pisliyi edirsiniz. Bu, bir kənara qalsın, səhər yuxudan duranda bulaşmış makiyaj və baxımsız halınızla qorxu filmlərindən çıxmış kimi görünmə ehtimalınız var. Əgər “hər zaman gözəl görünmək” prinsipi ilə yaşayırsınızsa, dəriniz səhərlər də təmizlənmiş, nəmləndirilmiş və baxımlı olmalıdır. Təbii gözəlliyinizi ön plana çıxartmalısınız.
Hər bir qadının çantasında daraq olmalıdır!
Saçlarınızı gec-gec darayırsınız? Halbuki saçlar gün ərzində və gecə yatarkən qarışır, sonra da ortaya çox xoş olmayan dağınıq və səliqəsiz bir görüntü çıxır. Çantanıza kiçik daraq atın. Gün ərzində saçınızı dağılan zaman onu daraqla səliqəyə salaraq hər zaman gözəl və baxımlı görünə bilərsiniz.
Baxımsız qaşlarla gəzməyin!
Qaşlar nazik və qalın ola bilər. Daha təbii görünmək və dəbin nəbzini tutmaq üçün qalın qaşlara üstünlük verə bilərsiniz. Ya da özünüzə nazik qaşın daha çox yaraşdığını düşünə bilərsiniz. Əgər həmişə gözəl və baxımlı görünmək istəyirsinizsə qaşlarınızın nazik ya da qalın olmasından asılı olmayaraq, heç bir zaman səliqəsiz qaşlarla dolaşmayın.
Forması pozulan qaşlarınızı düzəltmək üçün ayda bir dəfə gözəllik salonuna gedə bilərsiniz, amma bu müddət ərzində qaşlarınızı öz halına buraxmamalısınız. Qaşların formasının itməməsinə diqqət edin. Kənardan və altdan çıxan tükləri maqqaşla alaraq pis bir görünüşün ortaya çıxmasına mane ola bilərsiniz.
Duruşunuzu düzəldin və özünüzə güvənin!
Gözəllik dedikdə makiyaj və son dəbli geyim nəzərdə tutulmur. Xanımın özünəməxsus şarmı olmalıdır. Hətta duruşunuzun belə çox böyük əhəmiyyəti var. Kürəyiniz dik, çənəniz yuxarıda, başınız çiyininizlə eyni xətdə olmalıdır. Diqqət mərkəzində olmaq istəyirsinizsə, “özümə çox güvənirəm” enerjisi və duruşu ilə hər zaman bir addım öndə olun.
Dodaqlarınıza fikir verin!
Çatlamış, hətta yara olub qabıq tutmuş dodaqla dünyanın ən gözəli də olsanız da, qüsurlu görünəcəksiniz. Dodaqlar qadının ən böyük aksessuardır. Bu baxımdan o aksessuara yaxşı baxın. Dodaq boyasını sevməsiniz də, parladıcı ya da nəmləndirici dodaq boyası çəkin.
Almacıq sümüklərini vurğulamağı unutmayın!
Ürəyiniz heç makiyaj etmək istəmirsə, ya da normalda da çox makiyajın tərəfdarı deyilsinizsə, heç olmasa ənliklə yanaqlarınızı bir az rəngləndirə bilərsiniz. Barmaqların ucu ilə yanaqlarınızı çimdikləyərək yanağınıza bir az çəhrayı rəng verə bilərsiniz.
Tarix: 24.11.2014 / 17:33 Müəllif: Aziza Baxılıb: 85 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri