Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaq boyasından niyə istifadə edilməyə başlanıldı?

Barmaqlara və dırnaqlara xına sürtmək, miladdan əvvəl 3000-ci illərində Misirdə çox məşhur idi. Buna baxmayaraq qadınların dırnaqlarını boyama adətinin əsl mənşəyi Çindir. Çində qadınların dırnaq rəngləri, aid olunan ictimai sinifin bir göstəricisi idi. Miladdan əvvəl 600-cü illərində Çin xanədanının dırnaq rəngləri qızılı və gümüşü rənglər idi. Daha sonraları qırmızı və qara rənglər zadəganlığın simvolu olaraq əsrlər boyu istifadə edildi.

Misirlilərdə də, tünd qırmızı başda olmaqla, qırmızının tonları zadəganlığın dərəcəsini müəyyən edirdi. Cəmiyyətin aşağı təbəqələrində yaşayan qadınların dırnaqlarını yalnız solğun rənglərə rəngləmələrinə icazə verilir, kimsə kraliçanın və kralın dırnaq boyalarının rəngini istifadə edə bilməzdi. Köhnə Misirdə krallar da dırnaqlarını rəngləyirdilər.



Kişilər dırnaq boyası istifadə edərdilərmi?

Kişilərin də dırnaqlarını rəngləmələri Misirlilər, Babillilər və sonralar Romalı üst rütbəli döyüşçülər arasında məşhur idi. Romalı komandirlər döyüşə getməzdən əvvəl saçlarını yağlarla parlatmaq, buruq hala gətirmək və dırnaqlarını dodaqları ilə eyni rəngdə rəngləmək üçün saatlarca vaxt sərf edirdilər.

Tarixdə əl və ayaq dırnaqlarına göstərilən bu qulluq daxilində manikür də vardı. Ur şəhərində edilən qazıntılarda, Babillilərə aid məzarlarda, manikür setləri tapılmış, məzarlardakı ölülərin dırnaqları düz kəsilmiş və pilkalanmışdı.
Qadınların boyanmış dırnaqları, minlərlə il əvvəl də bu gün olduğu kimi baxımlı olmanın, mədəniyyətin və zadəganlığın simvolu olub və eyni zamanda da işləyənlər ilə bütün günlərini dırnaqlarına baxaraq keçirən aristokratları ayıran bir göstərici idi.


Tarix: 26.06.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 65 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...