Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

8 saatdan az yatmaq saçın tökülməsi ehtimalını artırır

Saç -təbiətin insana bəxş etdiyi bir gözəllikdir. Bəzi hallarda başın dərisində kəpək əmələ gəlir. Belə vaxtda təzə yuyulmuş saç da çirkli görünür və ilk növbədə bu da saçın tökülməsinə səbəb olur. Bunun yaranma səbəbi bədəndə maddələr mübadiləsinin pozulması və vitamin çatışmazlığıdır. Ona görə də başın tükünə qulluq etmək lazımdır.Odur ki, bu gündən etibarən saçı gündə 3 dəfə yumaq yox, 3 dəfə vitaminli qidalar - göy-göyərti, meyvə-tərəvəz yemək lazımdır. Çox yağlı yemək olmaz. Acı bibər, çox duzlu və şirniyyatdan uzaqlaşmaq lazımdır.
8 saatdan az yatmaq saçın tökülməsi ehtimalını artırır. Başı hər gün yox, çirklənəndə yumaq lazımdır.
Yaxşı olar ki, yuduqdan sonra 1 litr suya 1 x / q alma sirkəsi töküb yaxalayasız. Sonra saçı tam qurulamaq olmaz.
Hər kəsin şəxsi darağı olmalıdır. Çünki baş tükündə kəpək yoluxucu xəstəlikdir.
Başın dərisini masaj etmək lazımdır. Yəni başı hər gün tükün istiqamətində 100 dəfə səhər, 100 dəfə axşam taxta daraqla daramaq, kapron və dəmir daraqdan istifadə etməmək lazımdır.
Kəpək üçün maskalar:
* Yarım banan əzilib 1 saat soyuducuda saxlanır. 1 x / q. zeytun yağı, 1 yumurtanın ağı və xama qarışdırılıb saçın dibinə yaxılır.
1 saat saxlanır və yuyulur.
* Bibər şirəsi (hazır satılır) saçın dibinə sürtülür. 10-15 dəqiqə masaj edib 10-15 dəqiqə daraqla darayın. Sonra 1-2 saat
saxlayıb yuyun.
Bundan əlavə əgər saçda saçqıran varsa, saça ya zeytun, ya da badam yağı sürtüb papaqla örtmək və 1 saatdan sonra yumaq lazımdır


Tarix: 24.11.2014 / 17:14 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...