Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzuolunmaz tüklərin qənimi: Nanə

İstifadə etdiyimiz bir çox kosmetik vasitənin tərkibində nanə var. Bəs nanənin arzuolunmaz tüklərin azalmasına kömək etdiyini bilirdinizmi?

Qadınlarda testosteron hormonunun lazım olandan çox ifraz olunması nəticəsində yaranan arzuolunmaz tüklərə nanə ilə son vermək mümkündür. Bitki mənşəli müalicə nəticəsində qadınlarda hormonların nizama düşdüyü araşdırmalarla sübut olunub.

Arzuolunmaz tüklərlə başı dərddə olan qadınlar bir ay boyunca yeməkdən 15 dəqiqə əvvəl bir dəstə nanə yeyərək qollarda, ayaqlarda qoltuq altlarında əmələ gələn tükləri azalda bilərlər.

Bunlarla yanaşı, sakitləşdirici təsiri olan nanə stressi azaldaraq bədənin dincəlməsinə kömək edir. Nanə baş ağrılarının da dərmanıdır. Qadınlarda qan azlığını azaldan nanə həzm problemlərini aradan qaldırır.

Günəş kreminizə tökdüyünüz iki damcı nanə yağı ilə zərərli şüalardan qorunmaq mümkündür.

Nanənin kişilər üçün ən böyük faydası cinsi iqtidarsızlığı aradan qaldırmasıdır.

Günəş kreminizə tökdüyünüz iki damcı nanə yağı ilə zərərli şüalardan qorunmaq mümkündür.

Ancaq qaraciyər problemi olan, xüsusilə qaraciyər fermentlərində yüksəlmə müşahidə olunan xəstələrin nanədən davamlı istifadə etmədən öncə həkimdən məsləhəti almalarında fayda var.


Tarix: 24.11.2014 / 17:00 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...