Hər yaşın ayrı gözəlliyi olduğu kimi, ayrı ehtiyacları da var. Hansı yaşda nə etməli olduğunuzu bilsəniz, irəliləyən yaşlarda da gənc və gözəl görünərsiniz.
20 yaş
Dərinin nəmli qalması üçün yaxşı krem seçin və mütəmadi olaraq ondan istifadə edin. Belə ki, bəzi məşhurların tərkibində mimikaların qırışlara çevrilməsinin qarşısı alan maddələr var. Ağır kosmetika yerinə gənclərə uyğun olan kremlərə üstünlük verməlisiniz, çünki yaşla əlaqədar olaraq dərinin altındakı ikinci təbəqə daha tez zərər görür. Siqaret və turşulu içkilərdən uzaq olun. Dərini antioksidantlarla yeniləyin.
30 yaş
Hüceyrələrə təsir göstərən retinol tərkibli kremlər işlətməlisiniz. Bu dərinin daha parlaq və elastik olmasını təmin edir. Dəriniz sizi narahat edir və xoşunuza gəlmirsə, dermatoloqla məsləhətləşin. Botoks etdirməzdən əvvəl onun da fikirlərini öyrənin. Günəş altında çox qalmayın.
40 yaş
A, C, E vitaminləri ilə zəngin kremlər alın. Qırış əleyhinə serumlar da faydalı ola bilər. Yağ və şəkərdən mümkün qədər uzaq olun. Meyvə və tərəvəzlər isə hər yaşda bol olmalıdır. Gecələr gec yatmayın. Mümkün olduğu qədər gündüzlər də yatın.
50 yaş
Уход за кожей после 50 лет
Nəm balansını qoruyan kremlər işlətməlisiniz. Yağlı məhsullar istifadə etmək olar. İstifadə etdiyiniz məhsulların tərkibinin uzun müddət təsir göstərməsi də vacibdir. Çəkinizin sabit olmasına fikir verin. Hər gün 2 litr su için.
Tarix: 24.11.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri