Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec
olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız.
Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.
Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan
dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm
dərini təmizləyir, nəmləndirir və qidalandırır.
Lakin təbii maskalardan istifadə etməzdən əvvəl
hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.
Quru dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə
qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun
üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza
çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.
Yağlı dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı
ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.
Qeyd: kələmlə hazırlanan dəriyə qulluq maskalarından
həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Tarix: 24.11.2014 / 16:37 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri