Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçları gözəlləşdirən FORMULLAR

Saç dəriniz quruyur və qaşınırsa, başınızı alma sirkəsi ilə yuyun. Alma sirkəsi qaşıntını yox edir, quruluğunu da aparacaq.

Saçınız həmişə dolaşır və güclə daranır? Hər hansı bir saç kremindən sprey şüşəyə qatıb su ilə qarışdırın və hər dəfə darayanda bir az istifadə edin.

Kəpəkdən xilas olmaq üçün baldan istifadə edin. İsti suda balı qarışdırıb əridin. Barmaqlarınızla saç diblərinə masaj edərək yedirin. Daha sonra yuyub durulayın.

Hər biriniz saçın tez uzanması və sağlam olması üçün tez-tez kəsdirilməsi gərəkdiyini düşünürsüz. Ancaq əslində saçı tez-tez kəsdirməyin onun tez uzanması ilə heç bir əlaqəsi yoxdur, əksinə, elə qısa qalmasına səbəb olur.

Saç uzunluğu başın genişliyi və ölçüsü ilə bağlıdır. Sağlam, ya xəstə saçlar yoxdur. Saçlarımız sadəcə ölüdür.

Əgər saç uclarınız qırılmayıbsa, ya saç boyası ucbatından zərər görməyibsə, tez-tez kəsdirməniz yanlışdır. Sadəcə stil dəyişikliyi üçün saçınızı tez-tez kəsdirə bilərsiz.

Saçların sağlam olması üçün nə etməli?

Saçlarnızı çox daramayın. Sadəcə şəkil vermək gərəkdiyində darayın.
Keyfiyyətli daraqdan istifadə edin. Kəskin metal və ya plastik uclu daraq saçlarınızın qırılmasına səbəb olar. Keyfiyyətli saç məhsulları alın. Tərkibində “ammonium laurel sulfate”, ya da silikon olan məhsullar saçınızı qurudaraq daha tez qırılmasına səbəb olar. Sıx yığmayın, buraxın rahat qalsın.


Tarix: 24.11.2014 / 16:29 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...