Gözəlliyin sirri təbiətdə gizlidir. Bitkilərlə həm uzunmüddətli, həm də asanlıqla gözəlləşmək olar. Dəriyə şəffaf görünüş qazandırmaq, saçları parlaq etməyin yolları.
Parlaq saçlar üçün - 250 qram adaçayı yaprağını 1 litr suda 15- 20 dəqiqə qaynadın və soyuyandan sonra süzün. Daha sonra 50 faizlik spirtlə qarışdırın. Gün aşırı saç diblərini isladıb darayın.
Sızanaq ləkələri üçün - 1 çay qaşığı aspirin tozu, eyni miqdarda limon suyu və limon yarpağını ağ gil ilə qarışdırıb sızanaqların üstünə sürtün. Maska üzdə 20 dəqiqə qalır.
Yumşaq dəri üçün - Duş qəbul edəndən sonra 1 litr suya 1 stəkan alma sirkəsi qatın və bədəninizi bu su ilə nəmləndirin. Bu ölü dəridən qurtulmağınıza kömək edəcək.
Sağlam dəri üçün - qaynadılmış çobanyastığı çayı ilə həftədə bir dəfə üzünüzü yuyun. Bu zaman dəri təzələnir və sağlam görünüş qazanır.
Bədən pilinqi üçün - yulaf tozu, zənçəfil (latınca:kurkuma lonqa) və zeytunyağını qarışdıraraq bütün bədən pilinq edilir. Qarışım körpə dərisi effekti yaradır.
Dəridəki yağlanma üçün - sürtgəçdən keçirilən xiyarı süd ilə qarışdıraraq üzə sürtün və bolluca nəmləndirin.
Tarix: 26.06.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri