Qadın gözəlliyi əsrlərdən bəri filosof və sənətşünasların fikir mübadiləsi aparması üçün aktual mövzu olub. Mübahisə və müzakirələrin sonunda qadın gözəlliyinin sirri açılıb. Bu qənaətə gəlinib ki, qadın gözəlliyi, cazibədarlığı orqanizmindəki hormonların miqdarı ilə bağlıdır. Böyük Britaniyanın Sent-Endryu universitetinin alimləri müəyyən ediblər ki, qadının simasının cazibədarlığı orqanizmdə estrogenlərin səviyyəsindən asılıdır.
Tədqiqat müddətində yəni altı həftə ərzində 7 gündən bir 18 yaşından 25 yaşınadək 59 qadının şəklini çəkiblər. Hər dəfə onların orqanizimində hormonların miqdarını müəyyənləşdirmək məqsədilə müvafiq analiz götürülüb. Bununla yanaşı, zərif cinsin nümayəndələri şəkil çəkdirən ərəfədə ayıbaşı tsiklinın hansı mərhələsində olması barədə tədqiqatçılara məlumat verirmişlər. Onu da qeyd edək ki, altı həftə ərzində qadınlar kosmetik məhsullardan istifadə etməyiblər.
Bütün prosesləri müşahidə etdikdən sonra alimlər qadınlarda estrogenlərin səviyyəsi yüksək olarkən çəkdikləri fotolarına diqqət yetiriblər. Məlum olub ki, qadında estrogenlərin səviyyəsi yüksəldikdə o daha cazibədar görünür. Sonra 14 kişiyə və 15 qadına şəkilləri cazibədarlıq, sağlamlıq nöqteyi-nəzərdən qiymətləndirmək tapşırılıb.
Qiymətləndirilmə komissiyasına verilən şəkillər iki qrupa bölünüb: Birinci qrupda orqanizmində estrogenlərin səviyyəsi aşağı, ikincidə isə yüksək olanların fotoları daxil edilib. Hər iki qrupa verilən qiymətlərin bir-birindən kəskin fərqlənirmiş. İkinci qrupa daxil olan xanımlar ən cazibədar titulunu qazanıblar.
Tədqiqatın rəhbəri Lo Smit qeyd edib ki, hormon və estrogenlərin həcmi kritik günlərdə daha yüksək olur. O cümlədən qızın həddi-buluğa çatan dövründə onların səviyyəsi kifayət qədər yüksək olur.
Adətən estrogenlərin artma prosesi 7 il davam edir. Amma burada nəslin genetik xüsusiyyətilərindən də çox şey asılıdır. Qeyd edək ki, hormonlar sümüklərin böyüməsinə, toxumaların formalaşmasına güclü təsir göstərir. Lakin buna baxmayaraq Lo Smit qız və qadınların daha göyçək olması üçün onların bədənlərinə hormonlar daxil etdirməsini məqsədəuyğun saymır. "Əlbəttə ki, bu onların cazibərdarlığını artıra bilər. Ancaq hormonların çox istifadə edilməsinin mənfi təsirləri haqqında dəqiq məlumat olmadığından bu təhlükəli ola bilər".
Tarix: 22.11.2014 / 15:15 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri