Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədar ayaqlara sahib olun!

Gözəl şəkilli ayaqlar üçün idman etmək şərtdir!




İdmanın qan dövranını sürətləndirdiyi üçün dərimizə də təsiri böyükdür.Həm də ayaqlara forma verir.Əzələlərin həddindən artıq inkişafına səbəb olmayacaq idmanlar edilə bilər.Qaçış,aerobika, üzmə mütəxəssislərin təklif etdiyi sahələrdir.
Baxımına gəlincə isə,əlləriniz və bütün bədən üçün istifadə etdiyiniz nəmləndiricilərinizi hər duşdan sonra qıçlarınıza masajla sürtün.Hətta tez-tez edilən qıç masajları sellülitin meydana gəlməsinə mane olar. Qıç baxımında diqqət yetirilməsi lazım olan nöqtələri bunlardır:






* Yorğun qıçlarınıza mütləq istirahət verin. Ayağınızı,budlardan başlayıb topuğa qədər kremləyin. Uyğun bir yerə uzanın və qıçlarınız ürəyiniz səviyyəsində olsun. Ayağınızın altına çox yüksək olmayan bir yastıq qoya bilərsiniz. Qıçlarınızı sıra ilə havaya qaldırın, əl barmaqlarınızla əzələləri, uzununa sıxaraq masaj edin. Başlanğıcda yumşaq olan masaj, əzələlər alışdıqca sərtləşməlidir.
* Bol-bol qaçış və idman edin. Məşq, qan axınını sürətləndirər və qıç əzələlərinizi bəsləyər, onlara gərginlik, möhkəmlik verər.Qaçışda istifadə edəcəyiniz ayaqqabıların rahat olmasına diqqət yetirin. Məşq əsnasında tərləyən ayaqlarınızı dərhal yuyun və yaxşıca qurulayın. Nəm, göbələk infeksiyalarının yaranmasına imkan verməyin.



*Üzünüzə istifadə etdiyiniz nəmləndirici kremləri ayaqlarınıza sürtün.Əgər qıçınızın dərisi kələ-kötür isə,bitki mənşəli südlərlə daha gözəl bir görünüşə sahib ola bilərsiniz. Dəriniz ultrabənövşəyi şüalara xüsusilə yaz aylarında açıqdır.Üzünüzə göstərdiyiniz diqqəti mütləq qıçlarınıza da göstərməlisiniz.
* Qıçınızdakı tüklər yumşaqdırsa,bol oksigen sürtərək onları görünməz hala gətirə bilərsiniz. Sərtdirlərsə, tükləri mütləq yox etməniz lazımdır. Bu zaman dəyişik epilyasiya üsulları tətbiq edə bilərsiniz.
* Qıçınız qalın və çox əzələli isə, parafin duşları, uyğun idman və zəiflədici bir bəslənmə sistemiylə onları bir az nazildə bilərsiniz.








Evdə öz-özünüzə sellülit masajı edə bilərsiniz.



* Yatağınızın üzərində və ya yerdə təmiz bir örtüyün üzərində oturun. Əvvəl qıçlarınızı yüngülcə özünüzə doğru çəkin. Sonra əllərinizi bir qıçın iki tərəfini örtəcək şəkildə yerləşdirin. Topuqdan buda qədər bütün qıçı enerjili bir şəkildə sığallamağa başlayın. Aşağıdan başlayaraq, baldırlarınızdan yuxarı doğru, dizlər də daxil olmaqla, budun qutaracağına qədər arasıkəsilmədən sığallamağa davam edin. Qan dövranını canlandıran bu hərəkəti 10-15 dəfə təkrar edin.






* Sonra ayaqlarınızdan böyük cimdiklər götürməyə başlayın. Əllərinizi sırayla istifadə edərək, ritmik hərəkətlərlə,ətinizi sıxıb buraxın. Bu hərəkətlər əzələləri möhkəmləndirər və dərinizin hamarlaşmasına kömək olar.
* Sonra sağ və sol əllərinizlə ardıcıl şəkildə ayağınızı yenidən sığallayın. Bu hərəkəti etməyə dizlərinizdən başlayın və topuqunuza qədər davam edin.
* Ayağınızın ön və xarici qisiminə zəif yumruqlarla ard-arda vurun.Sellülitli bölgələrdə qan dövranı son dərəcə kasıbdır. Bu canlı hərəkətlər qan dövranının dərinin üst təbəqələrinə qədər çıxmasına kömək edəcək.
* İndi bütün ətrafınızı yüngülcə sığallayın, sonra barmaq uclarınızla diz qapağının ətrafına dairəvi təzyiqlər tətbiq edərək yüngülcə masaj edin.
* Son olaraq yenidən, hər iki əlinizlə baldır əzələsini sığallayın.Əzələni sümükdən kənara doğru sıxıb-sıxıb buraxın, sonra yüngülcə sığallayaraq rahatlaşdırın. Qıçın arxasından yuxarı doğru çıxarkən, bir əliniz digərini izləyərək ardıcıl hərəkətlər etməlidir.
Selülitə qarşı döyüş açın!






Sellülit, dəriyə portağal qabığı görünüşü verər.Bəslənmə nə qədər süni olsa, sellülitə o qədər tez namizəd olarsınız. Xüsusilə də fast-food və hazır yeməklərə qarşı olan meylimiz toxumaları pis istiqamətdə inkişaf etdirər. Heyvani yağlar, şəkər və duz da ən pis düşmənlərimizdir. Bunlar yağ hüceyrələrini şişirdir, toxumalarda su yaradır və bədənin tullantılardan təmizlənməsini əngəlləyir. Meyvə, tərəvəz, kəpək, çovdar məhsulları və paxlalılarda toxumaları tullantı maddələrdən təmizləyən, hüceyrələrə bəsləyici maddələrin nəqlini tezləşdirən çox miqdarda kalium vardır. Portağal, banan, qarpız, avokado, kök, şalgam, paxla, göy noxud və kartofun tərkibində çoxlu miqdarda kalium var.


Tarix: 26.06.2013 / 15:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...