Xərçəngi önləyən, ürəyinizin dostu narın bir faydası daha tapıldı.
Elm adamları, nar suyunun qarın ətrafındakı yağları azaltmada təsirli olduğunu təyin etdilər.
Daily Maildə iştirak edən xəbərə görə, Edinburgh Universitetindən araşdırmaçılar hər gün içilən nar suyunun yalnız 1 ay içində qarın ətrafındakı yağ hüceyrələrinin inkişafını yavaşlatdığını təsbit etdilər.
Ayrıca, elm adamları nar suyu içənlərin qan təzyiqinin düşdüyünü və buna bağlı olaraq da infarkt, iflic və böyrək xəstəliyi risklərinin də azatlığını ifadə etdilər.
Nar suyunun qandakı Nefa olaraq bilinən esterləşməmiş yağ turşuları kimi turşuların miqdarını azalda bildiyini söyləyən araşdırmaçılar, etdikləri təcrübədə bir qrup qadın və kişi iştirakçıya 4 həftə davam edəsincə 500 millilitirlik şüşələrdə hər gün nar suyu verdilər.
Təcrübənin sonunda iştirakçıların haradasa yarısının Nefa səviyyəsi düşdü. Ayrıca qadın və kişi iştirakçıların yüzdə 90ından çoxunun ay sonunda qan təzyiqlərinin də düşdüyü təyin olundu.
Buna görə, araşdırmaçılar nar suyunun kardiyovaskülər xəstəlik riskini azaltmada da faydalı olduğunu ifadə etdilər.
Tarix: 16.06.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri