Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaq çatlamasına nə yaxşı təsir edir

Xüsusilə də qadınlar unutmamalıdır ki,dodaqlar çox həssas və dərini incə olduğu üçün xüsusi bir baxım istəyir. Eynilə gözlərimiz kimi. Dodaqlar həddindən artıq külək, soyuq və istidən qorunmalı, qurumasının və çatlamasının qarşısı alınmalıdır. Bunun üçün xanımlar çantalarında hər zaman bir nəmləndirici dodaq kremi (lipstick) saxlamalıdırlar.
Vazelin və ya zeytun yağı ilə də dodaqlarımızın nəmləndirərək baxımını edə bilərik. Xüsusilə soyuq havalarda dodaqlarınız çox çatlayırsa kakao yağı istifadə edə bilərsiniz. Dəriniz üçün istifadə etdiyiniz nəmləndirici ilə dodaqlarınızı da nəmləndirməyi laqeyd yanaşmayın.

Makiyaja başladığınızda dodaqlarınız çatlaq olmamalıdır, çünki bunu bir anda aradan qaldıra bilməzsiniz. Bundan başqa, xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Dodaqların alt və üst bölgəsində dəri ən az yağ toxumasına sahib olduğu üçün bu bölgələr qırışlarla daha əvvəl qarşılaşır.

Mütəxəssislərə görə bir çox kosmetik məhsul tərkibindəki aktiv maddələrlə meydana gələ biləcək ilk qırışları gərginləşdirə bilər. Bundan başqa günəşin zərərli şüalarından dodaqları qorumaq üçün günəş qorumalı dodaq məhsulları da daha çox yazda istifadə edilməlidir.
Kosmetik məhsullarının bir hissəsi eyni anda həm göz həm də dodaq ətrafında istifadə edilə bilər. Bunun səbəbi hər iki bölgədə də dəri tipinin bir-birinə çox bənzər xüsusiyyətlərdə olmasıdır. Üzümüzə və ya gözümüzə gündə iki dəfə krem sürtmək kafidir, ancaq dodaqlarımızı kremlərlə tez-tez baxıma almağımız lazımdır.

Xüsusilə çölə çıxmadan əvvəl mütləq bir nəmləndirici və ya qoruyucu məhsul istifadə etməlisiniz. İstifadə edəcəyiniz məhsulların məzmunlarına diqqət yetirməli və E vitamini, çobanyastığı, üzüm ekstraktı və kakao olmasına diqqət etsəniz dodaqlarınızı daha yaxşı bir şəkildə qoruma altına almış olarsınız.


Tarix: 22.11.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...