İncə və elastik belə sahib olmaqdan ötrü pres təlimləri keçmək məsləhətdir. Bu zaman əsas diqqəti qarın nahiyəsindəki əzələlərə yetirmək lazımdır.
Kənara hərəkətlər
Çıxış vəziyyəti: ayaq üstə duraraq ayaqları çiyin bərabərində açın. Əllərinizi belinizə qoyun və növbə ilə sağa, sonra isə sola əyilin. Bu zaman əllər beldən başlayaraq dizdən aşağı sürüşməlidir.
Əzələ dartınması
çıxış vəziyyəti: arxasıüstə uzanın, dizlərinizi özünüzə tərəf yığın, ayaqları bir-birindən 60 sm aralı qoyun. Əllər başın arxasında olmalıdır. Bu zaman ehmalca yerdən bacardığınız qədər hündür aralanaraq dioqanal vəziyyətdə sağ əlinizlə sol dizinizə tərəf dartının. Bütün hərəkət boyu belin əsas hissəsi yerdə olmalıdır.
Ayaqlara doğru dartınma
Çıxış vəziyyəti: arxasıüstə uzanın, ayaqlarınızı qaldırın və bir-birindən azacıq aralı qoyun. Yerdən aralanaraq əllərinizlə əvvəl sağ, sonra sol ayağınıza doğru dartının.
Kəpənəkvarı dartınma
Çıxış vəziyyəti: arxasıüstə uzanın, əlləri başın arxasına qoyun, dizlərinizi bir qədər bükün və budları kənara doğru aralayın. Bu zaman ayaq və dabanları birləşdirmək lazımdır. Başınızı yerdən aralayaraq sağ çiyinlə sol dizinizə tərəf dartınmağa başlayın, sonra sol çiyinlə sağ dizinizə doğru dartının.
Diqqət:
*Hərəkətlər rəvan olmalıdır. Qəfil dartınmaq lazım deyil. Əli dizdən aşağı sürüşdürərkən özünüzə dincəlmək fürsəti verməyin; əl dizdən yuxarı qalxan zaman maksimum dərəcədə aktiv olun.
*Hərəkət boyu nəfəsinizi yuxarıya doğru düzələndə buraxın.
*Hərəkətdən əvvəl və sonra qarın və bel nahiyəsində dartınmağı unutmayın.
*Bu hərəkətləri həftədə 2-3 dəfə təkrarlayın (əzələlərə minimum 1gün istirahət vermək olar). Hər hərəkəti 25 dəfə təkrar edin.
*Bu hərəkətlər inanılmaz effektə nail olmağa kömək edə bilər. Üstəlik, azkalorili dietaya əməl etsəniz, başdöndərən bədən quruluşu sizin olacaq.
Tarix: 19.06.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri