PSiXOLOQLAR GƏNC XANIMLARA BU ÇƏTiN, AMMA ÇOX VACiB MƏRHƏLƏDƏ
10 MƏSLƏHƏT TƏQDiM EDiR.
1. Sevdiyiniz məşğuliyyət tapın. Toydan sonra xanım ailədən başqa da bir maraqlı işlə məşğul olmalıdı. Özünü hərtərəfli səxsiyyət hiss etməkdə,bu onun üçün əsas amillərdən biridir. Bir çox ailələrin dağılmasında bu faktorun olmaması böyük rol oynayır. Çünki yalnız ailəyə qapanma – xanımın həyatını məhdudlaşdırır. O, ozünü qapalı yerdə hiss edir. Bu səbəb isə ciddi depressiyaya təkan verə bilər. Ona görə, xanımın həyat yoldaşı ona məşğuliyyət tapmaqda dəstək olmalıdır.
2. Əgər aşbazlıq Sizin zəif cəhətinizdirsə - bunun üzərində işləyin. Yeni-yeni yemək menyuları toplayın. Yeməklərinizlə müsbət təəccübləndirməyə çalışın.
3.Mümkün qədər çox ünsiyyətdə olun: dostlarınızla, qohumlarınızla. Özünüzə qapanmayın. Tənhalıq yaxşı hall deyil.
4. Xarici görünüşünüzdə eksperiment etməyə tələsməyin. Saçlarınızın yeni rəngi, geyri-adi makiyaj növü Sizi tanınmaz hala sala bilər. Bu məsələdə həyat yoldaşınızla mütləq məsləhətləşin.
5. İstirahətinizə çox vaxt ayırın. Bir neçə müddətdən sonra Sizin buna imkanınız məhdudlaşacaq: uşaqlar, ev işləri, ərinizə diqqət və s.
6. Həyat yoldaşınızla uşaqlara qarşı münasibətlərinizi müzakirə edin. Ailə uşaqsız mümkündür və ya uşaq ailədə hansı rol oynayır? Bu çox vacib məqamlardı, çünki həyat gözlənilməzdi. Bəzən uşağın olub-olmaması ailəni böhran vəziyyətinə salır.
7. Qarderobunuza daha cəlbedici, cazibədar paltarlar əlavə edin. Həyat yoldaşınız Sizinlə fəxr etməlidir!
8. Çalışın hər bir işdə orijinal olun. Ailə həyatınız darıxdırıcı, adi olmasın. Günləriniz rəngarəng, şən olsun. Bu işə fantaziyanızı qoşun. Həyat yoldaşınızı müsbət hadisələrlə təəccübləndirin, heyrətləndirin. Qoy o, Szi özü üçün yenidən kəşf etsin, hər gün işdən evə tələssin. Bununla belə həmişə onun üçün sirrli bir dünya kimi qalın!
9. Onun məşğuliyyətinə hörmətlə, bir qədər maraqla yanaşın. Lazım olsa belə birgə işə qoşulun. Birgə iş insanları bir-birinə daha da yaxın edir.
10. Hər ikinizin valideynlərini tez-tez qonaq dəvət edin. Bu yığıncaqlar gənc ailələri daha da möhkəmləndirir. Qarşılıqlı məs'uliyyət hissi artır. Bu cəhəd isə ailənin davamlı özülü üçün ən vacib maddədir.
Tarix: 09.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri