Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu 26 fərqli qadından siz hansısınız?

Həmin qadın növlərini sizə təqdim edir
Super qadın: Karyeraları onlar üçün çox əhəmiyyətlidir. İstənilən vaxt stress altında olmalarına baxmayaraq hər işin altından müvəffəqiyyətlə çıxa bilirlər. Xarici görünüşlərinə çox əhəmiyyət verərlər.

İntellektual: Çantalarında daim kitab gəzdirərlər. Hər mövzuda istənilən məlumata malikdirlər.

Qısqanc: Sevgilisini və hətta dostlarını belə hər kəsdən qısqanarlar.

Dietadan asılı: Bütün həyatlarını kalori və dieta hesabına keçirərlər. Kökəlib və ya kökəlməməkdən başqa heç nəyə əhəmiyyət verməzlər.

Dominant: Tez-tez öz içlərində "müdir mənəm" deyərlər. Asılı olmağı deyil, asılı etməyi üstün tutarlar.

Əyilməz: Çörəklərini özləri qazanmağa çalışarlar. Heç vaxt başqalarına ağız açmaq istəməzlər.

Dost dəyişdirən: Bu cür qadınlar tez-tez kişi dostlarını dəyişdirərlər. Həyatlarında uzun müddətli dostluqlara da qətiyyən yer verməzlər.

Heyvansevər: Vaxtlarının böyük hissəsini pişik və it kimi canlılara ayırarlar.

Komik: Tez-tez zarafat edər və ya etməyə çalışarlar. Qarşılarındakını hər vaxt güldürərlər.

Asılı: Tez-tez içki və siqaret qəbul edərlər. Sosial əlaqələri çox zəif olar.

Kitab sevən: Yeni çıxan hər kitabı oxuyan bu qadın tipi, hər vaxt gözəlliyi ilə də diqqət çəkər.

Əsl ana: Ailəsi və uşaqlarını hər şeydən üstün tutarlar.

Kişiyə məxsus: Asanlıqla heç bir şey onları qıra bilməz. Heç bir sözün altında qalmazlar. Ümumiyyətlə futbol matçına getməkdən böyük zövq alarlar.

Köməksevər: Dostluq münasibətləri möhkəm olan bu qadın tipi romantik və həssas fikirləri ilə diqqəti çəkərlər.

İdman: İdman salonundan çıxmaz. Həmişə cins və idman ayaqqabısı ilə hərəkət edərlər.

Nümayiş maraqlısı: Daxil olduqları mühitdə hər sözə qarışar və paltara pul xərcləməkdən əsla çəkinməzlər.

Üsyankar: Cəmiyyətə zidd olmaq onlar üçün ən böyük zövqdür.

Evdar qadın: İşləmək əvəzinə evdə oturarlar. Ümumiyyətlə çox yaxşı yemək bişirərlər.

Ətrafçı: Vegeterian olan bu tip qadınlar üçün dəniz və meşə sevgisi çox əhəmiyyətlidir.

Yeni ana: Körpəsinin inkişafını davamlı izləyər və hər yerdə körpəsindən danışarlar.

Qonşu qızı: Əyləncəyə düşkün olan bu tip qadınlar çox simpatik olurlar.

Təmkinli: Həyatlarında riskə əsla yer verməzlər. Hər vaxt qayda və qanunlara riayyət etməklə yaşamağa çalışarlar.

Afrodit: Fiziki görünüşləri ilə ürəkləri fəth edən bu qadınların saçlarını əsla dağınıq görə bilməzsiniz.

Çalışqan: Bütün həyatlarını işlərinə sərf edərlər.

Soyuqqanlı: Az gülər və öz içlərinə qapalı olarlar.

Manken: Ən son dəbdə olan paltar geyinər və özlərinə çox fikir verərlər.


Tarix: 14.06.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 122 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...