Dəriyə Canlılıq Verən Qidalandırıcı Maskalar
Bilindiyinin əksinə evdə dəriyə qulluq üçün çox bahalı məhsullara ehtiyac yoxdur. Hər mətbəxdə olan vəsaitlərlə, nizamlı bir şəkildə addım-addım tətbiqləri izləməniz kifayətdir. Bir çox tərəvəzi, dərimizi gözəlləşdirmək və gəncləşdirmək üçün istifadə edə bilərik. Hazırlanması çox asan olan bu maskaları tətbiq edərək hamar və sağlam bir dəriyə qovuşa bilərsiniz.
Dəri baxımı üçün əvvəlcə ehtiyacınız olanlar, saçlarınız üzünüzə düşməsin deyə bir saç bantı, kağız dəsmal, spirt, gündüz kremi, makiyaj təmizləmə pambığı və nəmləndirici süd. Dərinin bəslənməsi və canlanmasını təmin edən maskalar üzün gəncləşməsini, qan dövranının sürətlənərək oksigenin dəri altı toxumalarına çatmasını təmin edər.
Necə Tətbiq olunar?
Maskalardan iki tip torpaq vardır. Biri gil, digəri isə kaolindir. Bu torpaqlar maskalardan plomb maddəsi kimi istifadə edilir. Əmici bir torpaq olan gil ayaq pudrası və quru şampun olaraq da faydalıdır. Mayonez və ya krem ​​koyuluğunda hazırlanan maskalar üzə sürüldükdən sonra ən az 15-20 dəqiqə kürək üstü uzanıb gözlənilməlidir. Daha sonra ilıq su ilə və ya dərinin cinsinə uyğun bitki mənşəli bir losyonla üz yuyulur. Dəri qurudursa üz qurudulduqdan sonra uyğun bir krem ​​sürtülür. Dərisi yağlı olanların üzlərinə 1-2 saat heç bir şey sürməmək daha doğru olar. Dəriyə nüfuz edə bilməsi üçün bəzi gözəllik maskalarını üzə barmaq ucları ilə yüngül masaj edərək sürmək lazımdır. Ümumi qayda olaraq, maskalar göz qapaqlarına və göz altlarına qətiliklə sürülməməlidir. Kremlərdə, südlərdə, losyonlarda olduğu kimi, maskalar də tək-üzə deyil, boyuna da tətbiq olunmalıdır. Maskanı, təmizlənmiş dəriyə tətbiq etməyi unutmayın.
Təbii maskalar
Heç olmasa həftədə bir günü özünüzə ayırın. Həm istirahət edin, həm də gözəlləşin. Telefonu çıxarın. Ən sevdiyiniz mahnını çalın. Divanda uzanıb başınızdakı bütün düşüncələri silib özünüzü musiqinin ritminə buraxın. Siz rahatladıqca və içinizdəki stressi atdıqca dəriniz də rahatlayacaq və nəfəs almağa başlayacaq. Dəriniz artıq bəslənməyə hazırdır. Mətbəxə gedin və soyuducunun qapağını açın. Dəri tipinizə uyğun, ya da dəri problemlərinizə çarə olacaq vəsaiti alıb maskanı hazırlayın.
Təbii maskalar, ani təsirli olub dərini nəmləndirir, təzələyir və qırışları aradan qaldırır. Ehtiva etdikləri maddələrə görə dəridəki funksiyaları da dəyişir. Bəziləri yağlı dərilərə yaxşı gələrkən, bəziləri quru dərilərə nəm qazandırır. Ancaq diqqət! Dəri tipinizə uyğun olmayan maddələri ehtiva edən bir maska, dərinizə zərər verə bilir. Məsələn; quru dəriniz varsa limon və qreyfrut kimi sitrus bitkiləridən uzaq dayanmanızda fayda var. Xüsusilə içində olduğumuz bu günlərdə çirkli havaya, sərt küləklərə və siqaret tüstüsünə məruz qalan dəriyə maska ​​tətbiq etmək çox faydalıdır. Maskanı dərinizin vəziyyətinə görə həftədə 1 və ya 15 gündə bir tətbiq edə bilərsiniz.
Meyvə, tərəvəz və yumurta kimi qidalardan ibarət maskaları evdə hazırlamaq həm çox asandır, həm də çox vaxt almır, üstəlik sərfəlidir.
Maska sürmənin incəlikləri
Əvvəl dəri tipinizi seçin. Dərinizə uyğun meyvə və ya tərəvəzi seçin. Yarpaqlı tərəvəzləri qaynar suda 3 dəqiqə gözlədib süzün. Soyuyunca dərinizin üzərinə yerləşdirin. Digər tərəvəzləri robotda püre halına gətirin. Axmayacaq konsistensiyaya gəlincə maskanız hazır deməkdir. Maskanı sürtmədən əvvəl dərinizi təmizləyin. Bunun üçün bir parça pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub dəsmal ilə qurulayın.
Maskanı göz və dodaq ətrafı xaric bütün üz və boyunuza qalın bir təbəqə halında sürün. Bir yerə uzanıb başınızdakı düşüncələri boşaldın. Maskanı təmizləmək üçün ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və dəsmal ilə qurulayın.
Maskalar:
1. Yumurta Maskası: İki ovuc buğdanı, iki stəkan suda azin. İki yumurta sarısı və bir şorba qaşığı badam yağı qoyun. Üzə sürtün və qurumağa başlayınca yuyun və gülsuyu sürtün.
Təsiri: Qırmızı ləkələrin və sızanaqların təmizləməsini təmin edər. Səhər və axşam olmaq üzrə gündə iki dəfə tətbiq edin. Bu maska ​​şampun kimi istifadə edilə bilər, saçların parlamasını təmin edər.
2. Çiyələk Maskası: Bir ovuc təzə çiyələk əzilib, un ilə qarışdırılır. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpılır, krem ​​halına gətirilir.
Təsiri: Quru dərilər üçün bəsləyici olan bu maska ​​20 dəqiqə dəridə qaldıqdan sonra ilıq su ilə yuyulur. Çiyələk maskası xüsusilə gözaltlarındakı qırışların azalmasında mühüm rol oynayır.
3. Qara Nöqtələr üçün Maskası: Bu maska ​​üçün yalnız limon suyu və qatıq lazımdır. Əvvəl bir kasa qatığa bir limonun suyunu qarışdırın. Qarışığı gözlərinizə dəyməyəcək şəkildə üzünüzə sürtün və 15 dəqiqə gözləyin. Limon suyu dərini dezinfeksiya edər, sızanaqları qurudar və qara nöqtələrin itməsinə köməkçi olar. Qatıq isə dərini bəsləyər, nəmləndirər və yağ miqdarını tarazlayar. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.
4. Sızanaq Maskası: Sızanaq maskası üçün səkkiz dənə gül kələm yarpağını, iki qaşıq zeytunyağı ilə mikserdən keçirməniz kifayətdir. Hazırladığınız qarışığı, sızanaqlı bölgəyə sıx bir şəkildə çəkin. 10 dəqiqə qədər gözlədikdən sonra, üzünüzü ilıq suyla təmizləyin. Gül kələm yarpaqlarının təmizləyici xüsusiyyəti vardır. Bu maskanı üzünüzə həftədə bir ya da iki dəfə tətbiq edə bilərsiniz.
5. Nəmləndirici Maska: (Yumurta sarısı, süd). Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə yayın, üzərini incə bir tənziflə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız bir dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla ilıq və soyuq suyla üzünüzü yuyun. Quru və nəmsiz bir dəriniz varsa, bu maska ​​sizin üçün birə-birdir. İçində olan yumurta sarısı dərinizi bəsləyərkən süd nəmləndirəcək, sıxışdıracaq və dərinizə yumşaqlıq verəcək. Həftədə bir dəfə tətbiq etmək kifayətdir.
Tarix: 06.07.2013 / 12:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1525 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri