Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyun günün səhəri nə edilir?

Yaxşı olar ki, evlənən kimsə toyun səhəri ailə üzvlərinin arasına çıxıb onları və onun evinə gəlmiş qohumları salamlasın, onlara dua etsin, onlar da onun üçün dua etsinlər və onu salamlasınlar.
Ənəsin (r.a) hədisində deyilir:
«Peyğəmbər (s.a.s) Zeynəblə evlənən günün səhəri ziyafət düzəltdi. müsəlmanlara çörək və ət yedizdirdi. Sonra möminə xanımların yanına gedib onları salamladı, dua etdi. Onlar da onu salamladılar, dua etdilər. Evləndiyi günün səhəri Peyğəmbər (s.a.s) bu işi görərdi».

Hamamda çimməyin vacibliyi.
Ərlə arvad evdə hamamda çimməlidirlər. Qadınla ümumi hamama getmək olmaz, bu haramdır. Bu mövzuda olan hədislər:
Birinci: Cabirin (r.a) rəvayəti: Allah peyğəmbəri (s.a.s) buyurmuşdur:
«Allaha və Axirət gününə inanan adam öz halalını (arvadını-tərc.) ümumi hamama göndərməz. Allaha və Axirət gününə inanan adam (ümumi-tərc.) hamama yalnız fitədə (örtukdə) girər. Allaha və Axirət gününə inanan adam üzərində şərab olan süfrə kənarına oturmaz».

İkinci: Ümmu Dərda demişdir:
«Hamamdan çıxmışdım. Peyğəmbərə (s.a.s) rast gəldim. Məndən soruşdu:
— Hardan gəlirsən, UmmuDərda? Hamamdan gəldiyimi deyincə o belə buyurdu:
— Allaha and olsun! Paltarını yad yerdə soyunan adam özü ilə Allahı arasındakı pərdəni yırtmış olur!»

Üçüncü: Əbu Məleyh demişdir:
«Bir dəstə Dəməşqli qadın Aişənin (r.a) yanına gəldilər. O soruşdu:
— Siz kimlərdənsiniz?
Dedilər ki, Şam əhliyik. Aişə (r.a) yenə soruşdu:
— Yəqin ki, siz arvadları hamama gedən məntəqədənsiniz? Dedilər ki, bəli, oradanıq.
Aişə (r.a) dedi:
— Mən Peyğəmbərdən (s.a.s) bu sözləri eşitmişəm:
«O, qadın ki, paltarlarını yad yerdə soyunur, özu ilə Allah-təala arasındakı pərdəni aradan götürmüş olur».


Tarix: 11.06.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...