Mütəxəssislər bunları məsləhət görür: Kürəyiniz üçün ən yaxşı məşqlər: Üzü aşağı düz bir şəkildə yerə uzanın. Əllərinizi istəsəniz çənənizin altına və ya hərəkəti rahat etmək üçün sərbəstcə yerləşdirin. Kürək əzələlərinizi hərəkət etdirəcək şəkildə 30-35 dərəcə yerdən geriyə doğru qalxın. Ağırlaşana, özünüzü daşıya bilməyənə qədər bu şəkildə gözləyin. Bu bel və qarın əzələlərini sərtləşdirir, bel ağrılarınızı daha da azaldır. həkiminiz sizə bu hərəkəti məsləhət görübsə, mütləq yerinə yetirin. Stulda ən yaxşı hərəkətlər: Ayaq məşqləri. Bu hərəkətlər sadəcə qarnınız üçün deyil. Əvvəlcə qolsuz bir stulda dik oturun. Nəfəsinizi verərkən dizinizi çənənizə doğru qaldırmağa çalışın. Bu anda kürəyinizi stula söykəyə bilərsiniz. Yorulduq hiss etdikdə ayağınızı yavaşca endirin. Presslə incəlin: Ayağınızı, dizlərinizi, biləklərinizi düz tutaraq kürək üstü yerə uzanın. Əllərinizi başınızın altına qoyun və gövdənizi, ayaqlarınızı sabit qalacaq şəkildə yığın. 3 saniyə yuxarı qalxın,1 saniyə gözləyin və 3 saniyyə kürəyinizi yerə qoyun. Bu hərəkəti bir və 5 dəfə arasında təkrarlayın. Bir-bir artıraraq 6 və 10 arasında, iki-iki artıraraq 11və 15 arasında və üç-üç artıraraq 16 və daha artıq press hərəkətini yerinə yetirin. Qarnınız üçün ən yaxşı hərəkət: Ayaqlarınızı qarına doğru yığmaq. Ayaqlarınızı stulda, yataqda və ya havada tutaraq edəcəyiniz qıvrılma hərəkətləri çox təsirli ola bilər. Bel üstü uzanın, ayaqlarınızı bir stulun üzərinə düz şəkildə yerləşdirin. Baldırlarınız dik, çanağınız stula yaxın olmalıdır. Bu hərəkət qarın nahiyənizi, çanaq və baldır əzələlərinizi işlədəcək. Yavaş-yavaş kürəyinizi yerdən 30 dərəcə yuxarıya qaldırın və gözləyin, daha sonra təkrar yavaşca kürəyinizi yerə qoyun. bu hərəkətə vərdiş etdikdən sonra ayaqlarınızı qaldıraraq havaya qaldırın və gözləyin. Bel ətrafı üçün ən yaxşı hərəkət: Tərs press bel cizgilərini ortaya çıxarmaq üçün ediləcək ən yaxşı hərəkətdir. Yerə uzanın, ayaqlarınızı dik tutaraq geriyə çəkin. Dirsəklərinizi çöldə qalacaq şəkildə əlinizi başınızın arxasına qoyun. Sağ çiyninizi sol dizinizə doğru qaldırıb bükülməyə çaılışın. dirsəyiniz qulaq ətrafınızda durmalıdır. Başınızı və ya boynunuzu əlinizlə dəstəkləməyin. Ağırlaşana qədər gözləyin. Hərəkəti digər tərəf üçün də təkrarlayın. Göbəyi zəiflətmək üçün: Ən yaxşı hərəkət tərsinə bükülməkdir. Bu hərəkət qarın ətrafındakı yağların azalmasına kömək edəcək. Bel üstü uzanın, əllərinizi yana, ovuç içinizi yerə qoyun. Çanağınızı və dizlərinizi 90 dərəcə qaldırın. Baldırlarınız dik, ayaqlarınız havada saxlayın. Bel əzələlərinizə ağırlıq verərək çanaqlarınızı qaldıra biləcəyiniz qədər yuxarı qaldırın və bu şəkildə bacardığınız qədər gözləyin. Ayaqlarınızı dik tutmasanız çətinlik çəkə bilərsiniz. Daha sonra ağrılarınız azalacaq və nəticələni özünüz də görəcəksiniz.
Tarix: 28.06.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri