Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlara xüsusi qulluq

Saçınızı çox həcmsiz sayırsız? Bunun iki səbəbi ola bilər: ya saç telləriniz incədir ya da normal qalınlıqdadır amma çox düz olduqları üçün qabarmırlar. Saç tellərinin incədirsə onlara həcm qazandırmaq üçün incə saçlar üçün xüsusi olaraq çıxarılmış məhsullar seçməlisiniz. Saçınız çox düzdürsə onu ağırlaşdıracaq məhsullardan uzaq durun və saçınızı həcmli göstərəcək modellər tətbiq edin. Məsələn, uzun saç daha ağırdır və ağırlığından ötəri qısa saça görə daha həcmsiz görünər.

Nə etməli?
Saçınızı həcm qazandırıcı bir şampun ilə yuyun. Kremli şampunlardan qaçın.

Şampundan sonra, həcm verici bir yuma maskası tətbiq edin.

Saçınızı dəsmalla yüngül friksiyalar edərək qurulayın. Beləcə saçınız tel- tel ayrılacaq və qabaracaqdır. Qurutma maşını istifadə edirsinizsə, barmaqlarınızla saç köklərinizi ayıraraq qurudun.


Əgər saç tellərinin incədirsə incə telli saçlar üçün hazırlanmış bir maska tətbiq edin.

Saçınıza şəkil verərkən həcm artırıcı spray və ya köpüklərdən faydalanın.


Tarix: 06.07.2013 / 12:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 204 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...