Qadınların süd vəzisini böyütməyə kömək edəcək çox sadə üsul Gözəl sinə həmişə qadınlıq, analıq simvolu olmaqla bərabər, həm də əks cinsi valeh edən obyekt olaraq qalır. Amma heç də həmişə qadınlar öz sinəsindən razı olmurlar, əksəriyyəti ölçüsündən, bəziləri isə formasından.
Müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə “sinə moda”sı fərqli olub... Zamanın nəbzini tutmaq üçün yazıq “modniçalar” nələr etməyiblər?! Bütün bunlar isə hamısı əks cinsin xətrinə. Əbəs yerə deyil ki, statistikaya əsasən kişilərin 49%i böyük, 41%-i kiçik sinəni daha intimual sayır.
Süd vəzisi- qadın orqanizminin çox zərif hissəsi olub, diqqət və qayğı tələb edir. Onu gözəl və sağlam saxlamaq üçün sağlam həyat tərzi keçirmək, sağlam qidalanmaq lazımdır.
Çoxsaylı elmi araşdırmalar nəticəsində bir çox qida məhsullarının süd vəzisinə müsbət təsiri məlumdur. Amerika mətbuatının verdiyi məlumata görə, döşlərinin kiçikliyindən şikayətçi olan qadınlar yaşıl çay içməlidirlər. Amerkalı alim Santoş Katiar bildirir ki, çayı xüsusilə balnan içmək qadının sinəsinin böyüməsinə aparıb çıxara bilər. Bunun üçün gün ərzində bir neçə fincan yaşıl çay içmək lazımdır.
Yaşıl çayın tərkibində xüsusilə süd vəzilərinin inkişafına təsir göstərən maddələr var.
Katiarın sözlərinə görə, gündə balla bir neçə fincan çay içən xanım artıq 1 aydan sonra sinəsindəki dəyişikliyi hiss edir.
Tarix: 04.07.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri