Gözəl qadınlar kişilərdə stress yaradır
İspaniyalı alimlər müəyyənləşdiriblər ki, gözəl və cazibədar xanımlar kişilərdə intimual istəklə yanaşı, həm də böyük stress yaradır.
«For Life» jurnalı yazır ki, alimlərin təxminən 100 kişi arasında apardığı araşdırma bu nəticəni üzə çıxarıb. Kişilərə çətin məsələ həlli tapşırılıb və bu zaman otağa ideal gözəlliyə malik qadın daxil olub. Eksperiment göstərib ki, bu zaman kişilər ya qızarır, ya ağarır və ya ümumiyyətlə, düşünmək qabiliyyətini itirir. Həmin anda kişilərdə hormonların miqdarını ölçən alimlər onların stress yaşadığını müəyyənləşdiriblər.
Daha maraqlı məqam ondan ibarətdir ki, bu halda özünü cazibədar saymayan kişilərdə stress daha böyük olub.
Tarix: 27.06.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...