Dəriyə gündəlik qulluq
Təmizləmə – dəriyə qulluq zamanı mühüm mərhələdir, belə ki, müntəzəm və düzgün qulluq olmadan o, sağlam və gözəl qala bilməz. Gün ərzində dərinin məsamələri toz, kosmetika və s. ilə çirklənir – bunların hamısı qıcıqlandırmaya, iltihaba səbəb ola və dərini soldura bilər.
Onun təmizlənməsində ən yaxşısı makiyajı silmək üçün nə-zərdə tutulmuş köpük və südlərdən, yuyunma üçün gellərdən istifadəni seçmək məsləhətdir; həftədə 1-2 dəfə (dərinin növündən asılı olaraq) skrabdan istifadə etmək olar.
Təravətləndirmə
Uzun sözün qısası, təravətləndirmə – dərinin təmizlənməsində sonuncu mərhələdir. Tonik üz dərisindən makiyaj və təmizləyici vasitələrin qalıqlarını təmizləyir və onun köməyi sayəsində dəri təravətli görünüş alır, məsamələr daralır, daha az nəzərə çarpır, qələvi-turşu balansı bərpa olunur.
Losyon-toniklər qanın mikrosirkulyasiyası, maddələr mübadiləsi hüceyrələrin yenilənməsinin yaxşılaşmasını təmin edir, həmçinin dərinin nəmi özündə saxlamasını yüksəldir.
Losyon-tonikdən gündə iki dəfə – səhər və axşam yuyunmasından sonra – hələ nəm dəriyə masaj xətləri üzrə sürtməklə (göz ətrafı hissələrdən qaçmaq lazımdır) istifadə olunur. Göz qapaqlarını spirt tərkibi olmayan toniklə silmək olar, bu zaman göz qapaqları üçün nəzərdə tutulmuş krem də daha effektli təsir edəcək.
Təravətləndirmə nəmləndirici vasitələrin istifadəsindən əvvəl həyata keçirilməlidir. Toniklərdən istifadə zamanı yaş həddi yoxdur.
Nəmləndirmə
Dəridə nəmin mövcudluğu mühüm amildir, belə ki, birinci-sinin uzun müddət cavan qalması ikincisindən asılıdır. Hava şəraiti, kondisionerli hava və fərdi xüsusiyyətlər dərimizə xüsusən mənfı təsir göstərir və elə bu səbəbdən də nəmin səviyyəsini qoruyub-saxlamaq üçün xüsusi vasitələrdən istifadə etmək lazımdır. Bu məqamda təsir qüvvəsi 10-12 saat olan yüngül nəmləndirici krem və ya gel uyğun gələr, gün ərzində isə termal sudan istifadə məsləhətdir.
Qidalandırma
Dəriyə qulluğun vacib mərhələlərindən biri qidalandırmadır. Dərinin tam işlək vəziyyətdə olması üçün vitaminlər, zülallar, minerallar və digər qidalandırıcı maddələr zəruridir.
Onların balansını saxlamaq üçün qidalandırıcı kremlərdən istifadə zəruridir ki, sonuncular nəmləndirici vasitələrdən daha yağlı olması ilə fərqlənir.
Bundan başqa, qidalandırıcı krem tez-tez əlavə funksiyaları da yerinə yetirir – məsələn, dərinin elastikliyini yüksəldir və ya qırışların aradan qaldırılmasına imkan yaradır.
Qidalandırıcı kremləri, ən yaxşısı, üzə gecə çəkməkdir, həmçinin müntəzəm surətdə qidalandırıcı maskalardan istifadə pis olmazdı.
Göz ətrafındakı dəriyə qulluq
Əgər gözlərin altında kölgələr və şişkinlik varsa, üz təravətli və dinc görünməyəcək.
Göz qapaqlarının dərisinə xüsusilə səliqəli şəkildə qulluq etmək lazımdır, bunun üçün makiyajı silən mayelərdən, krem və gellərdən istifadə etmək lazımdır, sonuncular kölgələri aradan qaldırırlar.
Bu cür vəsaitlərə qənaət etmək lazım deyil, bundan başqa, gözlərin ətrafındakı zərif dəri üçün nəzərdə tutulmuş hər bir kosmetik vasitənin oftalmoloq xeyir-duası alıb-almadığına diqqət yetirin.
Tarix: 04.07.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri