Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dırnaqlar hansı xəstəliklərin xəbərçisidir

Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər. Bəs, hansı dəyişiklər hansı xəstəliyin xəbərçisidir?

Solğun dırnaqlar
Yaş artıqda dırnaqların rəngində solğunluq müşahidə edilir. Ancaq qısa müddət ərzində onların rənginin birdən birə dəyişməsini müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin. Çünki bu, qan azlığı, ürək, qaraciyər proqblemlərinin xəbərçisi ola bilər.

Sarı dırnaqlar
Tez-tez qırmızı dırnaq boyasından istifadə onların rənginin saralmasına yol aça bilər. Amma tez sevinməyə dəyməz. Çünki bu, göbələk xəstəliyinin də əlaməti sayıla bilər.

Göyərən dırnaqlar
Dırnaqlarda maviləşmə bədənin oksigen qəbulu ilə bağlı problemi olduğunu göstərir. Adətən bu, ağciyər və diabetin əlaməti sayılır. Belə rəng əllər çox üşüyən zaman da meydana gələ bilər. Lakin əllərin çox üşüməsinin özü də diabet kimi bəzi xəstəliklərin əlamətlərindən hesab edilir. Bunun üçün də əllərin temperaturuna diqqət edin və hər hansı anomallıq müşahidə etsəniz, dərhal həkimə müraciət edin.

Qırmızı dırnaq ətləri
Dırnaq ətlərinin şişməsi və qızarması onun ətrafındakı nayihədə bəzi xəstəliklər ola biləcəyindən xəbər verə bilər. Ancaq tez-tez dırnaq boyası və asetondan istifadə zamanı da bu problem ortaya çıxa bilər.

Qırılan və çatlayan dırnalar
Dırnaqlar həddindən artıq həssadır, tez qırılır, çatlayırsa bu, bəzi virus xəstəliklərinin, iltihablanmaların xəbərçisi ola bilər.


Tarix: 27.06.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...