Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl dəri üçün təlimat....

Nə vaxtsa özünü mağazada kremlərin və zərdabların arasında köməksiz hiss etmisiz? Sənin dərinə hansı vasitələrin lazım olduğunu bilmirsən? O zaman bu məsləhətlər məhz sənin üçündür.Aşağıdakı kiçik məsləhətlər sizim köməyinizə çata bilər.




Dəri növü: Quru və Həssas.

Gündəlik Qulluq:” Dərin qurudursa üzün qeyri şəffaf rənginin nə demək olduğunu bilirsən.İlk qırışlar 20 yaşında yarana bilər”. Dərinin təmizləməsi üçün süddən istifadə et. Üzünə gündə iki dəfə nəmləndirici krem çək. əgər dərin həssasdırsa, hipoallergen qeydli vasitələrdən istifadə et.

Gizli Silah: Kremdən əvvəl çəkilmiş zərdab dərini qidalandırır və kremin dəriyə yaxşı hopmasına kömək edir. Üzünün daha təravətli görünməsini istəyirsənsə, bu üsuldan istifadə et.

Lazım Gəldikcə: Həftədə 1 dəfə dərini nəmləndirici kremlə əzizlə.Əvvəlcə cansız hüceyrələri aşılamaq üçün yumşaq skrabdan istifadə et,sonar üzünə maska çəkib 10-15 dəqiqə saxla.




Dəri növü: Normal və Qarışıq.

Gündəlik Qulluq: “ Sənin əsas problemin alın,burun və çənə hissəndə yaranan parıltıdır.Tərkibində yağ olmayan təmizləyici vasitələrdən istifadə et.Təmizləyici alarkən tərkibində salisil turşusunun olmasına diqqət et”. Çantanda parıltını aradan qaldıran matlaşdırıcı salfetlər gəzdirin.

Gizli Silah: Yanaqlarda dəri quru olduqda vaxtaşırı skrablardan və pilinq prosedurlarından istifade et. Belə vasitələri seçərkən tərkibində hissəciklərin sərt olmamasına diqqət et.

Lazım Gəldikcə: Normal dəridə çatışmamazlıqlar çox aydın görünmür.Buna görə də onu gözəlləşdirmək o qədər də əmək tələb etmir.Daha gözəl görünmək istəyirsənsə maskalardan istifadə et.




Dəri növü: Yağlı və Problemli.

Gündəlik Qulluq: “ yağlı dərinin üstünlüyü ondadır ki, ilk qırışlar gec yaranır. Ancaq sızanaqlar və iltihablar mənfi xüsusiyyətləridir”. Gündə 2 dəfə üzünü gellə yu.Dəri tipinə uyğun toniklə üzünü silərək təmizləməni bitir.Yağlı dərini də nəmləndirmək lazımdır.Doymuş kremlərin yerinə nəmləndirici krem-gel seç.

Gizli Silah: Kondisanerdən gələn hava dərini qurudur və yağlı parıltıya səbəb olur.Termal su ilə bunu həll edə bilərsən. Onu gündə bir neçə dəfə makiyajın üstündən vur.

Lazım Gəldikcə: Adətən tünd ləkələr üzdə uzun müddət qalır. Dərinin rəngini açan vasitələrdən istifadə et. O, dərinin bərabərtonlu olmasına kömək edəcək.




Çətin vəziyyətdə qaldıqda əlavə vasitələrlə gözəlləşmə üsulları.

Müvəqqəti diş fırçası düzəlt: yumşaq məhrabını barmağına dola və üzərinə diş məcunu əlavə et.

Barmaqlarının ucuna talk vur və saç dibinin onun canına çəkməsi üçün saçlarını barmaqlarınla dara.

Üz skrabı hazırla: Şəkər tozunun üzərinə bir az su əlavə edib üzünü masaj et.

Daha incə və cazibadar obraz üçün dodaq balzamını yanaqlarına çək.


Tarix: 26.06.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 252 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...