Hər bir şeyin texnikası olduğu kimi dırnaq boyasının da sürtmək texnikası var.
Bəzi qadınlar dırnaq boyası sürtməyin çox zəhmətli bir iş olduğunu düşünür. Ancaq bəzi lazımı nöqtələrinə diqqət yetirərək, dırnaq boyasını vurmağı əyləncəli və asan bir işə çevirə bilərsiniz.
Bəs necə etməli?
Dırnaq boyası vurmaq üçün mümkün olduğu qədər açıq rəngləri seçin. Çünki tünd rənglər, səhvlərini daha aydın göstərir. Lakın fırçasını dırnağınıza vurarkən üzərində az lak saxlayın. Çünki, çox qalın sürtülən lakın quruması çox zaman alır.
Dırnaq kənarlarına axan boyanı yox etmək üçün qulaq təmizləyicisini dırnaq təmizləyicisin batırın və kənarları diqqətli təmizləyin.
Boyanın yanında fırçanın da qurumaması üçün hər sürtdükdən sonra şüşəni yaxşıca bağlayın.
Dırnaq boyasını əvvəl dırnağın ortasına, sonra iki kənarına sürtün. Beləcə, boya vurmanız daha qısa sürər.
Tarix: 25.06.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 48 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri