Qadınlara sevmək üçün 45 saniyə kifayətdir?
İngilis psixoloqlar qadınlarda "ilk baxışdan sevgi"nin əmələ gəlməsi üçün 45 saniyə vaxta ehtiyac olduğunu müəyyənləşdirib.
Araşdırma qadınların ilk dəfə gördüyü kişinin ona "yarayıb-yaramayacağını" 45 saniyəyə müəyyənləşdirdiklərini üzə çıxarıb. İlk 5 saniyədə o, kişinin gözlərinin rəngini və ağıllı olub-olmadığını özü üçün müəyyən edir. İkinci mərhələ 10 saniyə davam edir və bu zaman qadın kişinin paltarına və mütləq nişan üzüyü taxıb-taxmadığına diqqət yetirir. Üçüncü baxış (5 saniyə) saç düzümünə yönəlir. Dördüncü və beşinci baxışda əllər və ayaqqabı nəzərdən keçirilir. Nəhayət, sonuncu - aşltıncı baxış 15 saniyə davam edir və bu zaman qadın duruşunu, yerişini və jestlərini "süzür".
Bütün bunlardan sonra qadının beynində qarşısındakı kişi haqda ildk təəssürat formalaşır.
Tarix: 15.06.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri