Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi funksiyanın nizamlanması

Cinsi tərbiyənin qarşıya qoyduğu vəzifələrdən biri də ailə həyatına hazırlıqdır. Bu vaxt valideynlərin ailə həyatı uşaqlar üçün nümünə olur. Uşağın erkən dövrlərində onun cinsi davranışını təyin edən şəxsi xüsüsiyyətlərin təməli qoyulur ki, bu da sonradan onun ailədə və cəmiyyətdə rolunu muəyyən edir.
10-11 yaşında qızların bir qismi cinsi yetişkənlik dövrünə qədəm qoyur, 12 yaşında isə bu proses qızların çoxunda baş verir. Onun zirvə nöqtəsi ilk aybaşı olur. Əgər qız bu vaxta kimi cins haqqında məlumat almayıbsa, bunu indi ona mütləq başa salmaq lazımdır. Bu məlumatlar olmasa, aybaşının nə olduğunu və onun təhlükəsizlik qaydalarını qıza başa salmaq çətin olacaqdır.
Yeniyetməlik dövrü geniş yayılmış, az diferensiasiya olunan çox gərgin intimuallıqla bağlıdır. İnkişaf edən cinsi funksiyalar böyüklərdə olduğu kimi təmin olunmadığından cavanlar intimual təcrübələrin qurbanı olurlar. Bunun da ən geniş yayılmış forması-gənclik masturbasiyasıdır (öz-özünü qıcıqlandırma.) Hələ bu yaxınlara qədər onun psixi pozğunluqlara, sonsuzluğa və s. səbəb olduğunu hesab edirdilər və bununla gəncləri qorxudurdular. Bu gün də çoxları onu xəstəlik, ya da pis vərdiş adlandırır. Əslində isə masturbasiya xəstəlik deyil, lakin onunla gənçləri qorxutduqda bu özu xəstəliyə gətirib çıxara bilər. Əslində bu, intimual gərginliyi aradan qaldıran təbii, lakin bir qədər qeyri-adi vasitədir. Yeniyetmə oğlanın.bu mərhələni keçirməsi zamanı yox, 14--15 yaşında masturbasiyanın olmamasına qəti əmin olduqda əl-ayağa düşmək, narahat olmaq lazımdır. Çunki bu, bütün sağlam yeniyetmələrə xas əlamətdir, onun olmaması isə intimual reaksiyaların inkişaf etməməsinə dəlalət edir və valideynlər həkimlərlə birlikdə bunun səbəbini araşdırmağa çalışmalıdırlar. 15, yaşına kimi bu hiss və cinsindən olan adama da yönələ, bilər. 15 yaşından sonra yeniyetmənin öz cinsinə qarşı. 1 intimual hissiyyat keçirməsi valideynləri narahat etməlidir. Belə adama intimopatoloq və psixoloq kömək edə bilər. Qız üçün erkən başlanan cinsi əlaqə gözlənilməz hamiləlik təhlükəsi yarada bilər ki, bu da ya uşaq doğmaqla, ya da abortla nəticələnər. Bunların isə hər ikisi gənc, yetkinləşməmiş orqanizm üçün qorxuludur. Qız və oğlanların erkən cinsi əlaqəyə girməsinə səbəb çox vaxt irəlidəki mərhələlərdə onlara cinsi tərbiyənin verilməməsi olur. Cins haqqında dərin ənənələrə arxalanan tam dolğun həqiqi məlumatı olmayan gənclər öz intimual marağını yatırmaq üçün cinsi əlaqəyə girirlər. Onlara elə gəlir ki, bununla onlar özlərini böyüklər kimi aparırlar. Böyüklər yeniyetmələrdən fərqli olaraq cinsi əlaqəyə girməklə qorxulu yoluxucu xəstəliklərə tutula biləcəklərini dərk edirlər. Bu gün isə artıq klassik yoluxucu xəstəliklər olan sifilis, süzənək, trixomonos və s. haqqında söhbət getmir, indi cinsi əlaqə ilə yoluxan daha qorxulu xəstəlikdən danışmaq lazım gəlir. Bu, SPİD-lə (qazanılma immundefisit sindromu-QİDS) xəstələnmə hallarıdır. Lakin belə vəziyyətdə də yeniyetməni bu xəstəliklə hədələmək, onun nə qədər ayıb olduğunu ilk plana çəkmək lazım deyil, elə etmək lazımdır ki, mənəvi cəhətlər sağlamlıqla uyuşsun. Yeniyetmələri belə xəstəliklərlə, onl.arın ilk simptomları ilə tanış etmək, onlardan qorunmaq yollarını göstərmək lazımdır. Bunlar haqqında məlumatlar elə verilməlidir ki, həmin xəstəliyə tutulmuş yeniyetmə çəkinmədən həkimə müraciət edə bilsin. İndi heç kimdə şübhə doğurmur ki, yeniyetmələri doğum problemləri, kontrasepsiya (hamilə olmaqdan qorunma vasitələri) ilə tanış etmək lazımdır. Bəzilərinə elə gəlir ki, bu vasitələrlə tanış olmuş yeniyetmələr əxlaqsız həyat keçirməyə başlaya bilərlər. Lakin bu, belə deyil, sağlam ailələrdə tərbiyə almış yeniyetmələr yersiz cinsi əlaqəyə kirməyi özlərinə rəva görməzlər, başsız qalmış yeniyetmələr isə bu biliklərə malik olsalar nə özləri xəstələnər, nə də digərlərinə onu ötürərlər.
Çşaq və yeniyetmələrin cinsi tərbiyəsi sağlam ailə həyatı qurmaq vəzifələri ilə sıxı bağlıdır. Ailə həyatına hazırlıq erkən uşaqlıq dövründən başlayır və onların ilk idealı ata və anası olur.


Tarix: 14.06.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...