Toy hazırlıqları davam edərkən yaranan ailə içi müzakirələrə səbəb olan mövzulara diqqət yetirməlisiniz. Ən gözəl günün əvvəlində, sevdikləriylə aralarında pis anların keçməsini kimsə istəməz!
Qayınananıza qarşı mülayim olun !
Həm gəlin həm də kürəkən namizədləri üçün anaları qiymətlidir. Onlara isti isti yaxınlaşdığınızda geri dönüşləri də eyni şəkildə ala bilərsiniz. Söylədiyi ən mənfi sözləri belə altdan alaraq, yaxşı niyyətinizi ona da hiss etdirin.
Öz ananıza anlayışlı davranın!
Bu dövrlərdə ananızın gərəksiz küsəyənlikləri və ya istəkləri ola bilər. Ona anlayışlı yaxınlaşın və sizə çox düşkün olduğu üçün belə davrandığını unutmayın.
Onlara jestlər edin!
Toy müddəti yalnız sizin üçün deyil, bütün ailə üçün gərgin bir dövr. İçəridəki bu stresli mühiti dağıtmaq üçün ailə fərdlərinə kiçik sürprizlər edə bilərsiniz. Məsələn; qayınananıza ənsevdiyi tortu ala və ya qayınatanıza ən xoşlandığı yeməyi hazırlaya bilərsiniz, bu onların kefini yerinə yetirəcək.
Fikirlərini soruşun!
Ailə böyüklərinin ən çox narahat olduqları nöqtə, gəlin və kürəkən namizədlərinin hazırlıqları onlara məsləhətləşmədən davam etdirməsidir. Buna görə "tətbiq etməyəcək olsanız belə" onlara nə düşündüklərini soruşun. Beləcə sizə də onların təcrübələrindən faydalanma fürsəti də doğular.
Qiymətli olduqlarını hiss etdirin!
Əlbəttə ailənizdəki hər kəs sizin üçün qiymətlidir. Amma toy müddətində bunu bir az daha hiss etməyə ehtiyacları var. Toy hazırlıqları üçün vəzifə paylaşımı edərək bu problemi də yüngülləşdirə bilərsiniz. Bu həm ailə içi tarazlıqları təmin edərək özlərini qiymətli hiss etmələrini təmin edər, həm də sizin yükünüzü yüngülləşdirər. Unutmayın, əsl problem özlərini dəyərsiz hiss edincə çıxar.
Qərarlarınızı ailənizə doğru bir şəkildə izah edin!
Toy stresinin yaratdığı gərginliklə hərəkət etməyin. Cüt olaraq birlikdə aldığınız qərarları əvvəl necə başa salacağınızı düşünün və sonra bütün ailənizə izah edin. Beləcə onlar da sizin artıq bir ailə olmağa başladığınızı qavrayaraq, sizə daha fərqli bir gözlə baxmağa başlayacaq.
Sizə soruşmadan aldıqları əşyaları bəyənmədiyinizi bildirməyin!
Hər kəsin zövqü fərqlidir. Ananızın ya da qayınananızın cehiziniz üçün aldıqlari da mütləq öz bəyənmələrinə görə olacaq. Bu səbəblə, siz bəyənməsəniz belə bunu bildirməyin. Yalnız onlara hiss etdirmədən paketin içində dəyişdirmə kartı olub olmadığına baxın, yetər.
Tarix: 12.06.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri