8 yaşlı Murad anası şam yeməyi hazırlayan zaman mətbəxə gəlib, ona bir kağız uzadır.Anası yaş əlini silib kağızı alır,orada yazılan bu sözləri oxuyur:
*Həyəti təmizlədim: 3 manat
*Otağımı səliqə - sahmana saldım: 2 manat
*Sənin üçün mağazaya getdim: 1.50 qəpik
*Sən işdə olduğun zaman balaca qardaşıma baxdım: 3 manat
...*Zibil atdım: 2 manat
*Məktəbdə yaxşı qiymət aldım: 5 manat
*Cəmi borcun: 16.50 qəpik
Ana bir qədər fikrə gedir, sonra qələmi əlinə alıb kağızın arxasına bunları yazır:
*Səni doqquz ay bətnimdə daşıdım: pulsuz
*Xəstə olduğun günlərdə yanında oturub yuxuya getməyini gözlədim və səhərə qədər Allaha dua etdim: pulsuz
*Öz dəcəlliyinlə məni göz yaşları axıtmağa vadar etdin, amma səbr edib nazını çəkdim: pulsuz
*Hər gecə yuxuya getməzdən əvvəl sənin səhərini, sağlam və əməlisaleh olmağını düşünüb Allaha yalvardım: pulsuz
*İstədiyimi geyinməyib səni gözəl geyindirdim, boğazımdan kəsib səni doyurdum: pulsuz
*Səni hamıdan çox sevib əzizlədim: pulsuz
Murad anasının yazdıqlarını oxuyub gözləri yaşardı, sonra qələmi götürüb kağıza böyük hərflərlə yazdı:
ANACAN, HAMISI ÖDƏNİLDİ!
Tarix: 26.05.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri