Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləkələrdən necə qurtula bilərik?

İstər gənc, istərsə də yaşlı insanların başqalarından gizlətməyə çalışdıqları bir məqam da bədənin müxtəlif nahiyələrində əmələ gələn ləkələrdir

Sözsüz, bu tip problemlər insanlarda psixoloji gərginlik yaradaraq, onlarda müxtəlif komplekslər yaradır. Bu ləkələrin xüsusi ilə də üzdə yaranması daha çox stressə səbəb olur. İndi isə, gəlin görək, bu ləkələr nədən və necə yaranır? Onlardan hansı üsullarla qoruna bilərik?
Bu sualların cavabını tapmaq üçün "Modern Hospital" Klinikasında çalışan dermotoloq Ramil Qocayevlə görüşdük. Həkimin bildirdiyinə görə, bu problem ölkəmizdə də kifayət qədər geniş yayılıb. R.Qocayev ilk əvvəl ləkələrin qısa bir təsnifatını verdi: "Ləkə dedikdə, biz insanın dərisindən qabarmamış halda mövcud olan bir dəri elementidir. İnsanların üzləşdikləri ləkələr iki cürdür. Bunlardan birinci qrupa daxil olanı insanın öz dəri rəngindən tünd, digər qrupdakılar isə əksinə dərisindən daha açıq rəngdə olan ləkələrdir. Bu gün insanları, xüsusən də qadınları narahat edən ləkələr insanın öz dərisindən tünd olan ləkələrdir. Bunların tibb aləminə tam olaraq yaranma səbəbi məlum deyil. Lakin başlıca səbəblər kimi Günəş şüaları, irsi problemlər, hər hansı bir travmadan sonra yaranan ləkələr daxildir. O cümlədən hemoqlabin adlanan qan ləkələri də mövcuddur. Bunların həm iltihabi, həm də qeyri-iltihabi olma ehtimalı vardır. Gün vurması zamanı ləkələr əsasən alın, çənə və yanaqda özünü biruzə verir. Rəngi açıq olan ləkələrin də yaranma səbəbləri məlum deyil. Bu ləkələr əsasən insanın öz dərisindən rənginin kəskin şəkildə açıq olması ilə fərqlənirlər. Vitiliqo adlanan xəstəlik vardır ki, bu zaman dərinin rəngi açıqlığa doğru dəyişir. Çünki dəridə melonsit adlı piqment sintez olunmur. Həmçinin adi, əlvan dəmirov zamanı da müxtəlif açıq rəngli ləkələr meydana gələ bilər. Və müəyyən xəstəliklərdən sonra da insanlarda bu tip ləkələrin qalması halları də mövcuddur. O cümlədən qan azlığı nəticəsində dərinin üzərində açıq rəngli ləkələr ola bilir. Alminizm adlı xəstəlik zamanı isə dəridə melanim piqmenti olmur. Belə olan təqdirdə isə açıq rəngli ləkələrə yoluxma halı labüd hesab olunur".
Həkim başlıca olaraq insanların öz dəri tiplərini bilmələrini tövsiyə etdi. Onun sözlərinə görə, 6 tip dəri mövcuddur. Hər birinin də ayrıca xarakterik xüsusiyyətləri var. R.Qocayev oxucularımıza bir sıra məsləhətlərini də verdi: "Mümkün qədər çalışıb yayda Günəşdən, qışda isə ayaz vurmasında qaçmaq lazımdır. Yay aylarında dəri tipini müəyyənləşdirdikdən sonra gün əleyhinə qoruyucu kremlərdən , qışda isə soyuğa, ayaza qarşı isti geyimlərdən yararlanmaq lazımdır. Həmçinin dərinin daim nəmli saxlanılması da şərtdir. Çalışıb gün ərzində litr yarım, iki litr maye qəbul edilməlidir. Əgər bu tədbirləri vaxtında görsək, ləkələrlə üzləşmə riskimiz də azalar. Onu da qeyd edim ki, bəzi xanımlar gün ərzində bir dəfə qoruyucu kremdən istifadənin bəs etdiyini düşünür. Lakin ən azı iki saatdan bir krem yenilənməlidir. Həmçinin düzgün qidalanmağın da rolu dərimizin hər zaman təravətli, təmiz qalmasında rolu əvəzsizdir".
Mütəxəssis bu problemi yaşayan insanlara da bəzi tövsiyyələrini verdi. Onun sözlərinə görə, birinci dəri tipi müəyyən edilməli, sonra bir sıra analizləri verərək altda yatan xəstəliklər öyrənilməlidir: "Bütün müayinələrdən keçdikdən və düzgün diaqnoz qoyulduqdan sonra müalicə növü təyin olunmalıdır. Bu gün müasir vasitələrlə bu problemlərdən yaxa qurtarmaq mümkündür. Belə ki, lazer, foto, pilinq terapiyaları vasitəsi ilə bu ləkələrdən asanlıqla vidalaşa bilirik".


Tarix: 21.05.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 193 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...